"Cahan Holdinq"in rəhbəri və kollektivi Azərbaycan Respublikasının prezidentini və xalqını "Yeni İl bayramı və Həmrəylikgünü münasibəti ilə təbrik edib

-Hörmətli İlham Əliyev və xalqımız!

2016-cı il arxada qalır. 2016-cı ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi. Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə uğurla inkişaf etmişdir.

Əziz dostlar və cənab prezident, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları salamlayırıq, onlara ən xoş arzularımızı çatdırırıq. Onlar və Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları bilirlər ki, bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə uğurla gedir. Bu gün müstəqil Azərbaycan güclü dövlətdir. Bizim hamımızın əsas vəzifəsi ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək.

Biz "Cahan Holdinq" olaraq bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirik, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayırıq.

Bayramınız mübarək olsun!

Oxşar xəbərlər