Əhməd Əhmədzadə Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Əhməd Əhmədzadə Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki Əziz həmvətənlər!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində respublikamız hərtərəfli inkişaf edərək qabaqcıl ölkələr sırasında layiqli yerini tutub, bütün soydaşlarımızın qürur mənbəyinə, ümid yerinə çevrilib, dünya azərbaycanlılarının həmrəyliyi təmin olunub. Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir, dövlət müstəqilliyimiz möhkəmlənir, vətəndaşlarımızın maddi rifahı yaxşılaşır, ölkəmizin dövlət müstəqilliyi möhkəmlənir və müdafiə qüdrəti daim yüksəlir. 2016-cı il ölkəmiz üçün çox uğurlu il olmuşdur. 2016-cı ildə Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir.

2016-cı ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir.

İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Əminəm ki, gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır. Bütün iqtisadi göstəricilər çox yüksək səviyyədədir.

Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti uğurlar arzulayıram”.

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə

Oxşar xəbərlər