Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Dünya tarixinə qızıl rəqəmlərlə yazılmış 44 gün xarıbülbüllü zəfər yolumuzun ömrüdür. Bu müddət ərzində rəşadətli Azerbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki torpaqlarımızdan ayrı qaldığımız 30 ilin həsrətini bütün cahana hayqırdı. Vətən müharibəsində əldə etdiyimiz qələbə həm müzəffər ordumuzun hərbi əməliyyatlarının,həm prezident İlham Əliyevin siyasi bacarığının,həm də xalqımızın vətənə olan ümmansız sevgsinin nəticəsidir.
2020-ci il 27 sentyabrdan 8 noyabra kimi müzəffər Azərbaycan ordusu Cəbrayıl,Füzuli,Zəngilan,Qubadlı və Şuşa şəhərlərini azad etdi. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan hökuməti məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı.
Azad olunduğu gündən etibarən bütün rayonlarımızda yenidənqurma işlərinə başlanıldı. Ağdam da genişmiqyaslı quruculuq işlərinin aparıldığı səfalı, lakin erməni vəhşiləri tərəfindən viran qoyulmuş ərazilərimizdəndir. Bildiyimiz kimi, Ağdam Azərbaycanın ən qədim məskənlərindən biridir. O, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə aparılan arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib. Üzərliktəpədə tapılan maddi-mədəniyyət qalıqları göstərir ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ağdam rayonu qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri ilə zəngindir. Burada Üzərlik Təpə abidəsi, Qutlu Sarı Musa oğlu günbəzi, Kəngərli kəndindəki türbə və daş abidələr ,Papravənd kəndindəki türbələr, məscid, Xanoğlu türbəsi , Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti ,Natəvan və onun oğlunun türbəsi, Şahbulaq qalası və s. kimi tarixi -memarlıq abidələri var. İşğal altında olarkən digər rayonlarımız kimi Ağdam da erməni vandalizminin qurbanı olmuşdur. 1993-cü ildə ermənilər buranı işğal etdikdən sonra mədəni və dini abidələrimzin bəzilərini erməniləşdirməyə çalışmış, bəzilərinin üzərinə rus və erməni dillərində Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr yazmış, bir çoxunu vəhşicəsinə məhv etmişlər. Hal-hazırda xalqımıza məxsus tarix və mədəniyyət abidələrinə qarşı bu cür münasibət dünya irsinə yönələn təhdid kimi dəyərləndirilir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya mədəniyyətinin misilsiz nümunələridir. Torpaqlarımız azad edildikdən sonra beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər buraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Əlbəttə, tarixi yaddaşımızı silmək erməni quldurlarına qismət olmadı, əksinə, işğaldan azad olunan torpaqlarımızda yenidən tarixi izlərimizi bərpa etməyə ruhlanlandırdı. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş


Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident cənab İlham Əliyev deyib: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Necə ki biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik...”
Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etmişdir. 2021-ci il 28 may tarixində Ağdam şəhərinin bərpası ilə bağlı Baş plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur. 2023-cü ildə artıq Ağdama həyat qayıtmışdır. Burada layihələndirmə işləri günbəgün inkişaf edir. Ulu öndərimiz Heydər Əliyevin quruculuq siyasətini davam etdirən Prezidentimiz İlham Əliyevin başçılığı altında əl-ələ verən xalqımız igid övladlarının qəhrəmanlığı nəticəsində Azərbaycanın döyünən ürəyi-Qarabağı mənfur düşmənlərdən azad etdiyi kimi möhtəşəm diyara – Gülüstana da çevirəcəkdir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Ləman Şahbəddinova

Oxşar xəbərlər