Azərbaycanın mədəniyyət incilərindən biri olan, tarixi memarlıq abidələri ilə seçilən , xüsusi təbii gözəlliyə malik olan Ağdam şəhərində 30 illik düşmən əsarətinin və erməni vandalizminin izləri sürətlə silinməyə davam edir. Prezident İlham Əliyevin noyabr ayında işğaldan azad olunmuş Ağdam şəhərində olmuş, burada üçrəngli bayrağımızı qaldırmış və erməni vamdalizminin qalıqları ilə yaxından tanış olmuşdur. Bu səfər çərçivəsində cənab prezident şəhərin yenidən bərpası və lahiyələşdirilməsi, tarixi memarlıq abidələrinin bərpası və qorunması istiqamətində xüsusi göstərişlər vermişdir.
28 may 2021 il tarixində Prezident İlham Əliyev Ağdam şəhərinə səfər etmiş və burada aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Bu səfərin 28 may Respublika gününə planlaşdırılması və baş tutması xüsusi rəmzi mənaya malik idi. Səfər çərçivəsində dövlət başçısı Bərdə- Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib, daha sonra Ağdam şəhər meşə parkında ağac əkilməsi mərasimində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının və Ağdam sənaye parkının təməlqoyma mərasimlərində də iştirak edib. Səfər zamanı Prezident İlham Əliyev Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində də olub. Ağdamda yeni yaradılacaq “Zəfər Muzeyi” və açıq hava altında “İşğal Muzeyi” haqqında dövlət başçımıza məlumat verilib. Bundan başqa Prezident İham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub. Həmçinin dövlət başçımız səfər zamanı Ağdam şəhərinin baş planı ilə yaxından tanış olub, Qiyaslı məscidi və Şahbulaq qalasında da olub və daha sonra ictimaiyyət mümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev Ağdam ictimaiyyəti ilə görüşə birinci və ikinci Qarabağ müharibələrində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlıyıb. Çıxışı zamanı Prezident İlham Əliyev 28 may Respublika gününün Ağdamda qeyd olumasınım böyük rəmzi mənası olduğunu və güclü müstəqil dövlətimiz sayəsində torpaqlarımızın işğalçılardan azad olunduğunu bildirib. 44 günlük Vətən müharibəsinə toxunan dövlət başçısı Azərbaycan ordusunun rəşadəti, xalqın birliyi və müstəqil Azərbaycan dövlətinin güclü siyasəti nəticəsində Ağdamın bir güllə belə atılmadan işğaldan azad olmasını vurğulayıb və bu qələbəni qəhraman hərbiçilərimizə borclu olduğumuzu bildirib. Prezident İlham Əliyev Ağdam rayonun ağıllı şəhər konsepsiya əsasında yenidən qurulacağını və burada yeni iş yerlərinin yaradılacağını, müasir infrastruktura malik məktəblərin və həyati əhəmiyyətli obyektlərin inşa olunacağını vurğuladı.
Bu gün tam əminliklə deyə bilərəm ki, Ağdam şəhəri və işğaldan azad olunmuş digər şəhər və rayonlarımız sürətlə inkşaf edəcək, yenidən tam müasir üslubda qurularaq düşmənə göz dağı olacaq. Qalib ölkənin müəllimi olaraq bizə bu qüruru yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm... Uca Tanrı rəşadətli ordumuzu və müstəqil dövlətimizi qorusun!
Balaxanı qəsəbəsi 69 saylı məktəbin ingilis dili müəllimi Adnalı Nərmin