Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir

Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir Uzun müddətdir, dövlətlər inkişafla bağlı hədəflərinə çatmaq və ya bazar uğursuzluğu kimi qiymətləndirilə bilinəcək halların öhdəsindən gəlmək məqsədilə enerji subsidiyalarından istifadə etmişlər. Kəndlərin və sənayenin inkişafı, enerjidən istifadənin yaxşılaşdırılması, enerji təhlükəsizliyi və müstəqilliyi və ya yoxsulluğun azaldılması kimi mühüm daxili siyasət hədəflərini dəstəkləməsi enerji subsidiyalarının daxil edilməsi və saxlanılması lehinə əsas arqument hesab edilir. Bütün bu hallar ölkədə bərpaolunan enerji növlərinij inkişafına zəmin yaradır.
Bir halda ki Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə çalışır, səmərəli və dayanıqlı enerji sisteminin yaradılması tədbirləri prioritet məsələyə çevrilmişdir. Bərpa olunan enerji mənbələrinə əsaslanan enerji sistemi sosial-iqtisadi faydalar verəcək, innovativ texnologiyaların tətbiqinə kömək edəcək və milli iqlim hədəflərinə nail olmaq üçün aşağı karbonlu yanaşmaları təmin edəcəkdir.
Bərpa Olunan Enerji Mənbələrindən İstifadəyə Hazırlığın Qiymətləndirilməsi (RRA) Azərbaycanın qanunvericilik və tənzimləmə çərçivəsinin təkmilləşdirilmə potensialını və habelə bərpa olunan enerji mənbələrinin maliyyələşdirmə variantlarını göstərir. Hazırda neft və qaz resurslarından asılı olmasına baxmayaraq, ölkənin geniş külək və günəş enerjisi ehtiyatları, biokütlə, geotermal və hidroenergetikanın inkişafı üçün mühüm perspektivləri var. Neft və qazdan əldə olunan enerjidən əlavə olaraq bitməyən və nə vaxtsa tükənmə təhlükəsi olmayan enerji məhz günəş, külək və sudan alınan enerji hesab edilə bilər. Azərbaycanın iqlim şəraitini nəzərə alsaq, bunun mümkünlüyü və Azərbaycan üçün inkişafı real görünür.
Azərbaycan Respublikasının Energetika Nazirliyi Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (İRENA) ilə birlikdə, bərpaolunan enerji sahəsinə gələcəkdə investisiyalarının əsasını qoymağı nəzərdə tutur. Təbii ki, bu prosesin gerçəkləşdirilməsi üçün müəyyən tövsiyələrin və qanunların qəbul edilməsi qaçılmaz haldır:
Azərbaycanda Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi fəaliyyət göstərir və 2023-ci ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını artırmaq nəzərdə tutulmuşdur. Bu işin hələ başlanğıc mərhələsidir. İnanırıq ki, uzun illər ərzində bu sahədə bir çox işlər aparılacaq, Azərbaycan neft, neft məhsulları və qaz üzrə eyni zamanda elektrik enerjisi üzrə böyük istehsalçı və ixracatçı dövlətə çevriləcəkdir.


Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Könül Əliyeva

Oxşar xəbərlər