Dövlət başçısı İlham Əliyevin 2021-ci il 3 mart tarixli “Azərbaycan Respubli-kasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Qarabağ və Şərqi-Zəngəzurda gü-nəş, külək, termal, geotermal və digər bərpa olunan enerji potensialının istismarı və xarici şirkətlərin bu ərazilərə cəlb edilməsi üçün əhatəli güzəşt və müxtəlif stimul-ların verilməsi nəzərdə tutulub.
Yaşıl iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının əsaslı bir şəkildə əlavə olunması kimi də təyin oluna bilər. İnsanın və təbiətin dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması, məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu yeni iqtisadi anlayışın təməlini meydana gətirir.
Yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Bir neçə bərpaedilən enerji çeşidləri vardır ki, bunlara misal olaraq kü-lək enerjisi, Günəş enerjisi, hidroenergetika, geotermal energetika, bioyanacaq və s. qeyd etmək olar.
“Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar hazırlanmış Konsepsiyaya uyğun olaraq işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geo-termal və digər bərpa olunan enerji mənbələrinin istehsalı məqsədilə bölgədə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radia-siyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. İlkin müşahidələr nəticə-sində əlverişli günəş radiasiyanına malik müvafiq ərazilər müəyyən edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi potensialı 7200 MVt-dan artıq qiymətləndirilir. Aparılan ilkin tədqiqatlar, günəş enerjisi layihələri üçün topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli təhlili əsasında Cəbrayıl və Zəngilan rayonlarının ərazisi məqsədəuyğun hesab edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə - xüsusən də Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olması, ilkin araşdırmalara əsasən müəyyən edilmişdir.
Alternativ enerji mənbələri vasitəsilə alınan enerji insanların istifadəsi nəticəsində tükənə bilməz və bu, ətraf mühitin qorunması üçün də olduqca vacibdir. Bundan başqa, dünya ölkələri bu enerji mənbələrindən istifadə etməklə, ənənəvi enerji mənbələrindən istifadəni azalda bilər, iqtisadi diversifikasiyaya şərait yaradar və gələcək enerji təhlükəsizliyini təmin edərlər. Enerjidən səmərəli istifadə ona olan tələbatı aşağı salmaq istiqamətində mühüm rol oynayır və eyni zamanda, artan təmiz enerji ehtiyatları neft, təbii qaz və kömür kimi ənənəvi enerji resurslarından istifadəni azaldır. Bunları nəzərə alaraq qeyd edə bilərik ki, davamlı enerji iqtisadiyyatında hər hansı uğur əldə etmək məqsədilə səmərəlilik və bərpa olunan enerji mənbələrinin inkişafına diqqət yetirmək önəmlidir.
Bakı şəhəri Sabunçu rayonu Cahangir Cahangirov adına 4 nömrəli tam orta məktəbin fizika müəllimi, Bakı Slavyan Universitetinin doktorantı Günay Nəzərova