Dövlətin dünya miqyasında tanınmasında onun dövlət başçısının yüksək siyasi savadı , ağıllı siyasi gedişləri mühüm rol oynayır. Bu mənada xalqımız və dövlətimiz xoşbəxtdir. Çünki xalqımızın taleyinə ilk öncə Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı möhkəm təməllər üzərində duran dövlətin vətəndaşı olmaq düşmüşdür. İndi isə biz Ümummilli liderimiz Heydər Əliyevin çox layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsində tam azad olmuş Azərbaycanın vətəndaşıyıq. Biz bu gün Azərbaycan vətəndaşı adını şərəflə, fəxrlə daşıyırıq. Çünki biz qalib xalqıq. Biz 30 il alnımıza çəkilən “məğlub xalq “ ləkəsini silmişik.
Xalqımıza qalibiyyəti yaşadan Cənab Prezidentimizə, Ordumuza, şəhidlərimizə, qazilərimizə minnətdarıq. Ön cəbhədə vuruşan Ordumuz , arxa cəbhədə isə xalqımız və ordumuza öz ağıllı siyasəti ilə arxa , dayaq olan Prezidentimiz qələbəmizi təmin etdi.
Prezidentimiz 2003-cü il 15 oktyabr tarixində ilk dəfə dövlət başçısı seçilərkən xalqı və Ulu Öndərimiz qarşısında verdiyi sözlərə tam əməl etmişdi. Cənab Prezidentimizin 20 illik hakimiyyəti dövrü Azərbaycan tarixinin qızıl səhifəsidir. Bu gün Azərbaycan güclü liderin qüdrətli dövlətidir. Cənab Prezidentimizin uğurlu siyasəti ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilmişdir. Cənab Prezidentimizin adı çəkilərkən “Dünya şöhrətli siyasətçi” ifadəsi işlənir. Azərbaycan Beynəlxalq təşkilatlarda həlledici söz sahibinə çevrildi, mütəffiqlərinin, dostlarının sayını artırdı. Ölkəmiz etibarlı, mühüm tərəfdaş imicini formalaşdırdı.Cənab Prezidentimiz tolerantlığın Azərbaycan modelini yaratdı,bölgəni tərəfdaşlıq, əməkdaşlıq məkanına çevirdi.
Cənab Prezidentimizin dəyanətli, ağıllı siyasəti nəticəsində indi Qarabağın hər bir bölgəsində Azərbaycan bayrağı dalğalanır. Hətta uzun illər terror yuvasına şevrilən Xankəndi indi azaddır. Cənab Prezidentimizin “ Dəmir yumruq” siyasəti ilə ilə Qarabağın hər bir qarışı bizimdir.Əli Azərbaycan xalqının qanına batan terrorçuların həbs edilərək Bakıya gətirilməsi ədalətin təntənəsidir. 30 illik ədalətsizliyin, tapdalanan hüququmuzun bərpasıdır. Hüququmuzun ən böyük müdafiəçisi Cənab Prezidentimiz İlham Əliyevdir. Xalqının, dövlətinin haqqını bütün dünyada qoruyan Prezidentimizə uğurlar arzulayırıq. Cənab ,Prezidentimiz sizə gələcək işlərinizdə parlaq zəfərlər diləyirik!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva