Suqovuşan döyüşü Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur.
Ordumuzun əks hücum əməliyyatı nəticəsində 3 oktyabr 2020-ci ildə işğaldan azad edilən Suqovuşan Tərtər rayonu Çaylı kənd inzibati ərazisinə daxildir. Əvvəllər Ağdərə rayonuna daxil olan Suqovuşan 1992-ci ildə Ağdərə rayonu ləğv edilərkən onun ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayononları arasında bölüşdürülmüşdür. Bu ərazi Tərtər rayonuna birləşdirilmişdir. 1975-ci ildən istifadəyə verilən su anbarının işğaldan azad edilməsi ilə Tərtər, Goranboy və Yevlax rayonlarında su qıtlığı aradan qaldırıldı. Suqovuşan su anbarının hündürlüyü - 28 m, uzunluğu - 630 m, ümumi həcmi 5.85 milyon m3 dur. Ordumuzun “Dəmir Yumruq” əməliyyatı ilə işğaldan azad edilən Suqovuşanın tarixi adı bərpa edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 3 Oktyabr 2021 –ci ildə Suqovuşana səfər etmişdir. İşğaldan azad edilən ərazilərdə cənab Prezidentin ənənəvi çıxışı ilə onun havadarlarına Azərbaycan xalqının və ordusunun ləyaqətinin heç vaxt heç kimin sındırmayacağını bəyan etməsi hər kəsin, hər bir vətəndaşın qəlbini fərəhləndirdi. Suqovuşan təkcə hərbi strateji baxımdan deyil, həmçinin iqtisadi baxımdan da mühüm əhəmiyyət kəsb edir.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Mətanət Əliyeva