Azərbaycanla Gürcüstan arasında dostluğun çox qədim tarixi kökləri var. Bu iki ölkə təkcə qonşu və dost deyil,həm də mühüm strateji tərəfdaşdırlar.
Təməli Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qurulan Azərbaycan-Gürcüstan arasında iqtisadi,ticarət,enerji,nəqliyyat,logistika sahələrində əməkdaşlıq edilir.İki ölkə arasında əməkdaşlığın dərinləşməsinə hesablanmış “Anakliya” və “Kulevi” limanları sahəsində olan əməkdaşlıq, Bakl-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlamasıda sözsüz ki, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək .Böyük sərmayə qoyuluşu nəzərdə tutulan “Yaşıl enerji dəhlizi” həm ölkələrimizin , həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.
Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında Gürcüstan tranzit rol oynayır.
Təməli Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qurulan Azərbaycan –Gürcüstan dostluğu bu gün də uğurla davam etdirilir.Prezident İlham Əliyev səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgidə iştirak etmişdir.
Üç il bundan öncə İkinci Qarabağ müharibəsi nəticəsində öz suverenliyini bərpa edən Azərbaycan höküməti təkcə Gürcüstanla deyil bütün qonşu ölkələrlə sıx əməkdaşlıq etməyə çalışır.
233 minə yaxın əhalimizin yaşadığı Gürcüstanda Heydər Əliyev fondu tərəfindən bir sıra layihələr həyata keçirilmişdir.Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilən layihələr bölgədə sülhün və sabitliyin bərqərar olunmasına xidmət edir.Əminəm ki,Azərbaycan-Gürcüstan arasında bütün sahələrdə əməkdaşlıqlar bundan sonra uğurla davam etdiriləcək.
Maştağa qəsəbəsi, 128 saylı tam orta məktəbin
Fransız dili müəllimi Günel Bağırova