Gürcüstan və Azərbaycan rəhbərlərinin görüşü və Prezident İlham Əliyevə göstərilən hörmət, ehtiram və səmimiyyət bir daha bunu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir. Əlbəttə bu münasibətlərin dostluq qardaşlıq zəminində təmin olunması hər iki ölkənin inkişafına da xüsusi töhfə vermiş olar. Prezident İlham Əliyev bəyan etdi ki, iki ölkənin strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki Azərbaycanla Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Bu iki qonşu və dost ölkə istər ikitərəfli formatda mühüm addımlar atır, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. İkitərəfli əməkdaşlıqdan söz düşmüşkən, bildirim ki, bu ilin 9 ayında iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Heç şübhəsiz ki, dövlət başçısının da bəyan etdiyi kimi Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki dövlət arasındakı əməkdaşlığı daha da gücləndirir.
Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Günümüzün əsas müzakirə mövzularından biri də bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasıdır. Tarixi Zəfərimizin yaratdığı reallıqlar yeni əməkdaşlıq formatlarının həyata vəsiqə almasına yol açır. Bu da öz növbəsində Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin qısa zamanda imzalanmasını bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyevin Gürcüstan səfəri zamanı bu məsələ də əsas müzakirə mövzusu oldu. Prezident İlham Əliyev ümid etdiyini bildirdi ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Səfər çərçivəsində Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanılması haqqında fikir mübadiləsinin aparılması da bunun təsdiqidir.
Regional əməkdaşlığın aparıcı qüvvələri olan Azərbaycan, Türkiyə və Gürcüstan beynəlxalq əməkdaşlıqda da öz sözlərini deyir, ölkələrimizin möhkəm təmələ əsaslanan əlaqələrini daha da sarsılmaz edir. Bu birlik, həmrəylik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.
Vidadi Orucov-Bakı Dövlət Sosial iqtisad Kollecinin direktoru