Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra regionda qüdrətli geoiqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir. Hazırda bölgədə yaranmış yeni iqtisadi və siyasi konfiqurasiya dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq iqtisadi təşkilatların diqqət mərkəzindədir. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldib. İşğaldan azad olunmuş bölgələrimizdə əlverişli iqtisadi rejim formalaşdırılmaqla biznesin yaranması və inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılmağa çalışılır.
Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri-neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəkdir.
Azərbaycanın 2030-cu il Strategiyasında əksini tapmış beş milli prioritetindən biridir. Azərbaycan ən həssas qrupların - bir milyon məcburi köçkünün (məcburi köçkün) və qaçqınların ehtiyaclarına xüsusi diqqət yetirməklə, “ağıllı şəhərlərə” və “ağıllı kəndlərə” çevirmək üçün bütün resursları səfərbər etmək niyyətindədir. Artıq Zəngilan rayonunda ilk “ağıllı kənd”in tikintisi üzrə layihənin icrasına başlanılıb. Bu lahiyədə beş komponent əsasında aparılacaq: mənzil, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji. 2030-cu ilə qədər Azərbaycan əhalisinin sayı 600 min nəfər artacaqdır. Qarabağın yenidən qurulmasına dövlət və qeyri-dövlət investisiyalarının cəlb edilməsi davamlı iqtisadi artımın əsasını qoyur. Dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq və qeyri-dövlət investisiyalarına zəmin yaradacaq. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan və İsraildən Qarabağın bərpasına yönəlmiş sərmayə axını başlayıb. Qarabağda mədənçıxarma, metallurgiya, qida emalı, trikotaj, turizm, kənd təsərrüfatı, yaşıl energetika sahələrinin inkişafı üçün böyük potensial var. Qarabağ münaqişəsinin həlli regional iqtisadi-ticarət və nəqliyyatkommunikasiya əlaqələrinin canlanmasına yol açır. Regionda, eləcə də Cənubi Qafqaz ölkələrində iqtisadi fəallığın artması Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında maraqlı olan bütün tərəflərin maraqlarına xidmət edir. Naxçıvan dəhlizində regional layihələr bir-birini tamamlayacaq. Naxçıvan dəhlizi dənizə çıxışı olmayan Muxtar Respublikanın təcrid olunmasına son qoyacaq, eyni zamanda Asiya ilə Avropa arasında daha sıx əlaqəni təmin edəcək. Azərbaycan regionun istifadə olunmamış potensialına əsaslanaraq Qarabağı inkişaf, sülh və təhlükəsizlik platformasına çevirir. Azərbaycan da tolerantlıq və multikulturalizm nümunəsi olaraq son müharibə və işğalın dağıdıcı təsirlərindən sonra Qarabağın xristian və müsəlman irsinin bərpası planlarını açıqlayıb. Artıq Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqlarında tikinti işləri başlamış və əhalinin köçürülməsi sürətlə yerinə yetirilməkdədir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edərək böyük tarixi qələbəyə nail olmuşdur. Bu qələbədən sonra hökümətin əsas məsələsi azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və inkişafı üçün kapital axınları tapmaqdır. Kapital axınları tapmaq üçün isə həm yerli, həm də xarici investorların diqqətini çəkməkdir. Əhalinin bərpa olunmuş ərazilərə qayıtması regionun iqtisadi inkişafının ilkin təkanı olacaqdır. Regionu firavan ərazilərdən birinə çevirmək üçün ilk növbədə bu ərazilərdə əhalinin təhlükəsizliyini təmin etmək və xidmət sahələrinin keyfiyyətini artırmaq lazımdır. Regionda nəqliyyat-logistika dəhlizlərinin yaradılması nəinki regionun, ümumi olaraq Azərbaycan Respublikasının inkişafını sürətləndirəcəkdir. Regionun inkişafı üçün aşağıdakı addımların atılması vacib amillərdən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, hazırda Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı dünyanın ən inkişaf etmiş və rəqabətədavamlı dövlətlər səviyyəsinə yüksəltməkdir. Buna nail olmaq üçün qarşıya qoyulmuş ən önəmli məsələlərdən biri də məhz ölkəmizə olan xarici investisiya axınlarının təmin edilməsi və bu istiqamətdə zəruri addımların atılmasıdır İnvestorların ölkəyə yatırım etməsinin stimullaşdırılması məsələsi həm işğaldan azad etdiyimiz rayonların inkişafı, həm də bütünlükdə ölkə adına iqtisadi artımı kontekstində başlıca prioritet istiqamətlərdəndir. Azərbaycanın Müzəffər ordusunun ali baş komandanı uğurlu siyasətin nəticəsi danılmazdır. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
Təlim Tərbiyə üzrə Direktor müavini Elnarə Həsənova