30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Son bir il ərzində işğaldan azad olunan ərazilərdə bütün dünyanı heyrətə salan layihələr həyata keçirilir. Qarabağ torpaqlarında geniş tikinti-quruculuq işləri aparılır. Düşmənin 30 il taladığı doğma yurd yerlərimiz sürətlə yenidən qurulur, mühüm infrastruktur layihələri icra olunur.
Qarabağın incisi olan Şuşanı elektrik enerjisi ile təchiz etmek üçün əməli addımlar atıldı. “Azərenerji” ASC qısa vaxtda işğaldan azad olunan torpaqlarda mühüm infrastruktur yaradıb. Qarabağ və Şərqi Zəngəzurda 3 elektrik stansiyası yenidən qurulub. "Xudafərin" ve "Qız qalası" stansiyalarının istismarı ile bölgənin enerjiyə tələbatı tam ödəniləcək. Zəngilanda həyata keçiriləcək pilot "ağıllı kənd" layihələrinin tətbiqi ilə "yaşıl enerji" zonalarının sayı artırılacaq. Azad olunmuş ərazilərdəki ən mühüm layihə, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər” yoludur. “Zəfər yolu” 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişi işğaldan azad olunmuş torpaqların iqtisadi, sosial inkişafını xeyli sürətləndirəcək. Kənd təsərrüfatının inkişafı üçün əlverişli mühitə malik Qarabağ zonasında aqrar sahənin dirçəlməsi əhalinin ərzaq təhlükəsizliyinin təminatı baxımından daha önəmli olmaqla dövlətin diqqətdə saxladığı əsas məsələlərdəndir.
Prezident İlham Əliyevin vurğuladığı kimi Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir və buna nail olacağıq.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Natəvan Nəsirova