Cari ilin oktyabr ayının 7-sində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində “Biz artıq sərmayə yatırırıq. Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib” fikrini səsləndirmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, qısa vaxt ərzində işğaldan azad edilmiş ərazilərin bərpa işlərinə 1.3 milyard ABŞ dollar həcmində investisiya qoyuluşu nəzərdə tutulmuşdur. Bu investisiyalar əsasən avtomobil və dəmir yollarının yenidən qurulmasına və bərpasına yönəlmişdir. Bu baxımdan, ilkin olaraq səkkiz aya inşa edilən Füzuli hava limanı artıq istifadəyə verilmişdir. Bununla yanaşı, iki hava limanının inşası da davam edir. Bu investisiya layihələrinin başlıca məqsədlərindən biri məcburi köçkünlərin öz yurdlarına qaytarılması olduğundan, yaşayış binalarının tikintisi layihələrinə başlanılmışdır.
Göründüyü kimi, hökumət bu işlərə çox fəal başlamışdır və bir çox prioritet sahələrə daha çox qayğı göstərir. İlkin olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınaraq ölkə üzrə yenidən iqtisadi rayon bölgüsü həyata keçirilmişdir. Eyni zamanda, bu ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmışdır. Lakin görüləcək işlərin fasiləsiz olaraq davam etdirilməsi uzun illər yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün vacibdir.
Bu baxımdan, məskunlaşacaq əhali üçün məşğulluq strategiyası işlənib hazırlanmalı, yeni istehsalat və ticarət obyektləri yaradılmalıdır. Bu istiqamətdə, Qarabağ bölgəsinin turizm sahəsi üzrə perspektivliyi təhlil edilərək turizm marşrutları işlənib hazırlanmalıdır. İşğaldan azad olunan ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələri inkişaf etdirilməlidir. Bu səbəblə, su ehtiyatlarından səmərəli istifadə məqsədilə işğaldan azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılması planlaşdırılmışdır.
İşğaldan azad olunmuş ərazilərin bərpası üzrə görüləcək işlər müxtəlif dövlət orqanlarının fəaliyyətində prioritet təşkil edir, cari və perspektiv işlər “Böyük Qayıdış” planları ilə əlaqələndirilir. Bütün bunlarla yanaşı, aparılacaq investisiya layihələrinin maliyyələşdirilməsinə özəl sektoru cəlb etmək bu prosesi sürətləndirəcəkdir. Bu baxımdan, dövlət-özəl sektor tərəfdaşlığının təşviqi davam etdirilməli və müəyyən edilmiş prioritet sahələrə özəl investisiyaların cəlb edilməsi təşviq edilməlidir.
Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan artıq postmünaqişə dövrünə qədəm qoymuş, regionda sülhü möhkəmləndirmək və quruculuq işləri ilə məşğuldur. Həmçinin, bu əraziləri də əhatə edən regional tranzit yollarının inşa edilməsilə də, Azərbaycan bölgədəki nüfuzunu və iqtisadi gücünü inkişaf etdirməkdədir.
Elvin Əlirzayev
Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı