Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri və bu səfərlər çərçivəsində dövlət başçımız tərəfindən bir sıra strateji obyekt və müəssisələrin açılışının edilməsi nəinki dövlətimiz üçün, eləcə də region üçün müsbət dəyişikliklərin başlanğıcından xəbər verən mühüm hadisəyə çevrildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması artıq Azərbaycanı regionun ən favorit və cəlbedici ölkəsinə çevirib. Bu yaxınlarda 7 ölkəni birləşdirən və uzunluğu 3 500 km olan Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması ilə əlaqədar videokonfrans formatında keçirilən iclas bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan nəhəng layihələrə imza atmaqdadır.
Ölkə ictimaiyyətinə ilk dəfə "ağıllı kənd" layihəsi barədə müjdə verən dövlətimizin başçısı bildirib ki, birinci "ağıllı kənd" layihəsi Zəngilanın erməni işğalı nəticəsində dağıdılmış Ağalı kəndində reallaşdırılacaq və kənddə layihənin icrası yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri-yəni 5 komponent üzrə aparılacaq. Azad edilmiş rayonlarda qısa müddət ərzində 7 min hektar torpaq sahəsində əkin işlərinin aparılması ölkəmizin ərzaq təhlükəsizliyi, eləcə də kənd təsərrüfatının inkişafı baxımından olduqca əhəmiyyətlidir və Prezidentin də bildirdiyi kimi, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar.
Azad edilmiş Azərbaycan ərazilərinin Prezidentimizin birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması indiki pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə dövlətimizin gücünü və qüdrətini nümayiş etdirən möhtəşəm bir hadisədir. Bu hadisələrdən biri də Laçın rayonunun Güləbird kəndində 8 meqavat generasiya gücü olan Su Elektrik Stansiyasının açılışı oldu. İşğalçı ölkə tərəfindən dağıdılmış Güləbird stansiyasının cəmi ay yarım ərzində bərpa edilərək istifadəyə verilməsi və digər alternativ enerji layihələrinin işə düşməsi dövlət başçımızın Böyük Qayıdışı təmin etməklə yanaşı Qarabağ bölgəsində həyatın canlanmasında yüksək əzm nümayiş etdirməsinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin başçılığı ilə bölgədə yeni prosesləri seyr etməkdəyik. Erməni işğalçıları torpaqlarımızdan qovulub, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə start verilib. Artıq 2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatı da yaradılıb. Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.
Abbasəliyev Rəşad, YAP Sabunçu rayon təşkilatının Aparat Rəhbəri