Azərbaycanın coğrafi xüsusiyyətləri, Avropa və Asiyanın ən iri iqtisadi inkişaf etmiş ölkələri arasında yerləşməsi beynəlxalq nəqliyyat şəbəkəsində iştirak üçün real zəmin yaradır. Əsas istehsalçı və ən böyük istehlakçı regionları arasında yük axınlarının artımını nəzərə alaraq, Azərbaycanın nəqliyyat siyasətinin əsas məqsədi nəqliyyat infrastrukturunun gələcək inkişafı olaraq qalır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və əlverişli geostrateji mövqeyə malikdir.
Prezident cənab İlham Əliyevin Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qeyd etdiyi kimi, “Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq”.
Həmçinin Azərbaycan alternativ dəhlizlərdən üstünlüyə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində də ciddi işlər görüb. Bu layihənin nəticəsi olaraq Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olmuşdur. Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən infrastrukturu daha da inkişaf etdirilməkdədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yük və sərnişin daşımalarının əhəmiyyətli dərəcədə artmasına imkan verən böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir.
Son illər ərzində Çindən Avropa istiqamətində artan yükdaşımaların mühüm hissəsi Qazaxıstan dəmir yolları vasitəsi ilə həyata keçirilir. Mərkəzi Asiya və Əfqanıstandan Avropa istiqamətində olan nəqliyyat marşrutu isə Türkmənistandan keçir. Qazaxıstan və Türkmənistan son illər ərzində iri infrastruktur layihələri həyata keçiriblər. “ADY Express” MMC və “ADY Konteyner” MMC-dən verilən məlumata əsasən regionda həcmi artan yüklərin bir qismi Qazaxıstanda yeni inşa edilən Kurık və yenidən qurulan Aktau limanlarından, digər hissəsi isə Türkmənistanın yenilənmiş Türkmənbaşı limanından bərələr və fider gəmiləri vasitəsi ilə yeni Bakı limanına çatdırılacaq və daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Avropaya nəql ediləcəkdir.
Türkiyə tərəfindən Bosfor boğazında dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi də Bakı-Tbilisi-Qars dəmir yolunun və Azad Zonanın əhəmiyyətini artırır. Bununla da, yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçirməklə Avropa və Asiyaya çatdırılması təmin olunacaq.
Ələt azad iqtisadi zonasının fəaliyyəti Çin, Hindistan, İran, Rusiya və Mərkəzi Asiya regionu ilə Türkiyə və Qərb dövlətləri arasında ticarətin inkişafında və daha da sürətləndirilməsində böyük rol oynayacaq.Belə bir iqtisadi zonanın yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. Son dövrlər Azərbaycan ərazisində malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonanın yaradılması Azərbaycanın imkanlarını genişləndirəcəkdir. Yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq. Qeyd edək ki, bu addım, eləcə də məşğulluğun inkişafına mühüm təsir göstərəcək. Çünki yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaranması deməkdir.
Elman Quliyev,
Salyan rayon Şorsulu kənd ümumi orta məktəbin direktor əvəzi