Qarabağın azad olunması uğrunda Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququna malikdirlər

Qarabağın azad olunması uğrunda Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququna malikdirlər

Dövlət proqramı icrası çərçivəsində işğaldan azad edilmis ərazilərdə bərpa və quruculuq işləeinin əlaqələndirilmiş şəkildə aparılması, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçrilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.
Əminəm ki, keçmiş məcburi köçkünlərin əksəriyyəti geri qayıdacaq və bu proses artıq başlayıb. Məhz bu proses üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb. Bu fonda 30 il əvvəl öz evlərini tərk etmiş keçmiş məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. Azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələri işlənir, şəhərlər üçün baş planlar hazırlanıb. Abadlıq-quruculuq işlərində dövlətlə yanaşı, özəl sektor təmsilçiləri, xarici investorlar da iştirak edir. İlk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququna malikdirlər.
Bunuda qeyd edim ki, noyabrın 16-da dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq edilib. Həmin proqrama nəzər salanda bəlli olur ki, onun icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflər ön planda yer alır.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsi də xüsusi diqqət mərkəzindədir. Eləcə də azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir.




Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
tarix müəllimi Teyyubə Mirzəyeva


Oxşar xəbərlər