Prezident İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib: Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu Müstəqil Azərbaycan Respublikasında yaşayır.
Hazırda Türk dövlətləri arasında mü¬nasibətlərin daha da inkişafı istiqamətin¬də mühüm addımlar atılır. Son illərdə Azərbaycan böyük siyasi gücə çevrilərək mövqelərini möhkəmləndirib. 2020-ci ildə Vətən müharibəsində Qa¬rabağı və Şərqi Zəngəzuru erməni işğa¬lından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl im¬kan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəh¬lizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq.
Bu gün Prezident İlham Əliyevin müd¬rik rəhbərliyi ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkə¬mizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, Avropa ilə Asiya arasında da¬şımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Belə ki, Mərkəzi Asiyadan və Çin¬dən Avropaya daşınan yüklər artıq daha qısa vaxta və daha az xərclə Avropaya çatdırılır. Bu, həmçinin Mərkəzi Asiya ölkələrinin, o cümlədən Türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərir.
Regiondakı ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri dərin¬ləşən əlaqələrin mühüm komponentini təşkil edir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Bu baxımdan biz Türkmə¬nistan qazının Azərbaycan ərazisindən tranzitini, həmçinin Mərkəzi Asiyanın bir neçə ölkəsinin işğaldan azad olunmuş ərazilərdə aparılan işlərə töhfəsini qeyd edə bilərik. Azərbaycanın Türk dünyası¬nın birliyinə verdiyi töhfə Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir. 2021-ci ildə Təşkilatın İs¬tanbulda keçirilən Zirvə görüşündə Pre¬zident İlham Əliyevə Türk dünyasının Ali Ordeninin təqdim olunması bunun bariz nümunəsidir.
Ölkəmizin Türk dünyası ilə əlaqələri kontekstində qardaş Türkiyə ilə müna¬sibətlər xüsusi yer tutur. Azərbaycan və Türkiyə strateji müttəfiq ölkələr kimi bütün platformalarda bir-birini dəstəkləyir, istər xoş, istərsə də çətin günlərdə bir-birinin yanındadır. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx mü¬nasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə bağlı reallıqları bu söz¬lərlə ifadə edib: “Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur.
Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birli¬yinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla da¬vam etdirir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova