Azərbaycan dilinin çox qədimdir. Qədim Azərbaycan tayfalarının konsolidasiyası nəticəsində Azərbaycan xalqı və Azərbaycan dili təşəkkül tapmışdır.
Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. Yazılı ədəbi dilimizin tarixi IX-XI əsrləri əhatə edir. Birinci minilliyin ortalarından başlayaraq dilimiz həm türk dili həm də Azərbaycan dili adlanır.
1936-cı ildə SSRİ konstitusiyasinda dilimizin adı “Azərbaycan dili” şəklində təsbit edilmişdir. 1992-ci il sənədlərinə əsasən Azərbaycan dili termini türk dili termini ilə əvəz edilmişdir. Daha sonra ümumxalq referendumu və respublika konstitusiyasi ilə “Azərbaycan dili” ifadəsi qanuniləşdirilmişdir.
Azərbaycan dilində dünyanın 87 ölkəsində danışanlar var. Ümumiyyətlə ana dili kimi bu dildə 45 milyondan artıq insan danışır. Bu dilin gözəlliyi zənginliyi bir sıra görkəmli şəxsiyyətlərin nəzəri diqqətini cəlb etmişdi.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə dövlətçilik tarixinin qızıl səhifəsidir. Azərbaycanın da dövlət müstəqilliyini qazanması ilə xalqımızın ana dili rəsmi səviyyədə dövlət dili elan olundu.
Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin qayğısının nümunəsi olaraq 2001-ci il avqustun 9-da fərman imzaladı. Bu fərmana əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur.
Əsrlərdən bəri ana dilimizin vətənimizin qorunması uğrunda həm əcdadlarımız həm ziyalılarımız mübarizə aparmışdır, hətta bu mübarizənin ən ali nümunəsi Vətən müharibəsidir. Qələbə ilə başa çatmış müqəddəs Qarabağ savaşında da bütün əmrlər öz ana dilimizdə verildi.
Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusu bütün dünyaya öz ana dilimizdə yəni Azərbaycan dilində Qarabağ Azərbaycandır deyə səslənərək dilimizi və xalqımızı qələbənin zirvəsinə yüksəltdilər.
Mənim doğma dilim Azərbaycan dilim Qalib dövlətin Güclü Azərbaycanin dövlət dili kimi zəfər zirvələrindən dünyaya boylanır.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb liseyin
Tarix müəllimi Aygül Əfəndiyeva