Prezident İlham Əliyev cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilbı dövründə Yeni media” mövzusunda Şuşa Qlobal Media Formunun açılış mərasimində Türkiyə -Azərbaycan münasibətlərinə toxunaraq bir daha xalqlarımızın dostluq münasibətlərinə toxunub. Tarix boyu Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq münasibətləri olub. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi məqamlar saysız-hesabsızdır.Vətən müharibəsi zamanı hər kəs buna bir daha şahid oldu.
44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə ölkəmizə siyasi –mənəvi dəstək verdi. Bu dəstək də gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə müttəfiqliyini, birliyini, bir-birinə verdiyi güclü dəstəyi dünya təkcə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri və s. kimi böyük iqtisadi layihələrin reallaşması zamanı deyil, həmçininVətən müharibəsi zamanı da görüb.
İki qardaş dövlətin birliyi tarix boyu hər bir dövrdə hiss olunub və hər iki ölkə mənəvi, siyasi və digər baxımdan bir-birini daim dəstəkləyib. Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir.
Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və iş birliyinin mühüm istiqamətləri öz əksini tapıb.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Şəlalə Səmədova