Türkiyə və Azərbaycan münasibətləri yeni mərhələdə

Türkiyə və Azərbaycan münasibətləri yeni mərhələdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad edilən ərazisi Zəngilan beynəlxalq hava limanının açılışında iştirak etməklə, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında və dircəldilməsində yaxından iştirak etdiyini bir daha nümayiş etdirdi.
Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı və hərbi müttəfiqliyi daha da genişlənir. Şuşa bəyannaməsi münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldırıb. Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayılda da oldu. Burada qarşılanma mərasimi və mətbuata verilən açıqlamalar Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən fikirlər yalnız regionda sülhün və təhlükəsizliyin daha da gücləndirilməsinə xidmət edir. Türkiyə və Azərbaycan arasındakı dostluğun tarixi kökləri var. Bu gün keyfiyyətcə yeni münasibətlər sistemi formalaşıb Türkiyə prezidenti nəinki Zəngilan hava limanının bundan öncə açılan Füzuli beynəlxalq hava limanının açılışında da iştirak etmişdi. Ümid edirik ki, növbəti il istifadəyə verilən Laçın hava limanında da Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Ümummillikdə hava limanlarının açılışı, dəmir yollarının tikintisi o deməkdir ki, Azərbaycan görülən işlərə əsaslı, planlı yanaşır.
Türkiyə və Azərbaycan arasında irəli sürülən təşəbbüslər həm türk dövlətləri təşkilatları arasında intiqrasiyanı daha gücləndirir. Həm də böyük coğrafiyada təhlükəsizlik arxitekturasının gücləndirilməsinə xidmət edir. Ona görə də Türkiyə Azərbaycanın daim yanındadır. Bu mənəvi dəstəyi vətən müharibəsi dövründə də hiss etmişik. Vətən müharibəsində qazanılan tarixi qələbədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan mühüm rol oynadı. Türkiyə imkan vermədi ki, Ermənistan tərəfdən regionda başqa dövlətlər müdaxilə etsinlər. Türkiyə nümayiş etdirdi ki, regionda güclü dövlətdir və hər hansı bir formada Cənubi Qafqazda təhlükəsizlik istiqamətində təhdidlərin formalaşmasına da imkan vermədi. Düşünürəm ki, bu, Vətən müharibəsində mühüm amillərdən biri idi. Bu gün Türkiyə şirkətləri də Şərqi Zəngəzurun yenidən qurulmasında yaxından iştirak edirlər. Bundan sonra Türkiyə və Azərbaycan dostluğu xalqların rifahına xidmət edəcək.
Sadıqov Kərəm - Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi MMC-nin Sabunçu rayon filialının direktoru


Oxşar xəbərlər