MÜHARİBƏDƏ OLDUĞU KİMİ SÜLH DÖNƏMİNDƏ DƏ TÜRKİYƏ QARDAŞ AZƏRBAYCANIN YANINDADIR

MÜHARİBƏDƏ OLDUĞU KİMİ SÜLH DÖNƏMİNDƏ DƏ TÜRKİYƏ QARDAŞ AZƏRBAYCANIN YANINDADIR Tarix boyu Türkiyə və Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş, istərsə də çətin vaxtlarında birlik nümayiş etdiriblər.
Hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını Azərbaycan xalqı rəhbər tutaraq Türkiyəni daima öz yanlarında hiss edir.
Bakıda keçirilən “TEXNOFEST” – Azərbaycan festivalında çıxışı zamanı Türkiyə prezidentinin “İki qardaş ölkə olaraq əlaqələrimizi Şuşa Bəyannaməsi ilə strateji müttəfiklik səviyyəsinə çıxardıq” deyərək söylədiyi bu ifadələrdə enerjidən mədəniyyətə, müdafiədən ticarətə, iqtisadiyyatdan bəşəri münasibətlərə uzanan geniş sahədə dostluq və əməkdaşlığa bir daha imza atdığının şahidi olduq.
Türkiyə müstəqilliyinin ilk dövrlərindən Azərbaycana hər cür dəstəyi göstərdi. Əslində bu dostluğun çox dərin kökləri vardır. Bu dostluğun məntiqi nəticəsi hazırda bölgədə sülhün bərqərar olması işinə öz töhvəsini verməkdədir.
Azərbaycanın haqlı savaşında Türkiyənin dəstəyi bir daha dövlətimizin yanlız olmadığını göstərdi. Möhtəşəm qələbəmizdə Türk xalqının, Türkiyə dövlətinin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi, diplomatik dəstəyi danılmazdır.
Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Ali Baş Komamdan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qələbəsində bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu müdafiə sistemlərindən Azərbaycan böyük məharətlə istifadə etdi.
Bu gün Azərbaycan xalqı çox sevinclidir. Şuşa Bəyannaməsi ilə Azərbaycan özünün zirvə mərhələsinə yüksəldi. Türkiyə ilə birbaşa hərbi müttəfiklik ermənistanın iddialarına son qoydu.
Artıq Azərbaycan – Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. Bu birlik və qardaşlıq yetişməkdə olan gələcək nəsillər tərəfindən də davam etdiriləcək və iki qardaş ölkə arasında dostluq, qardaşlıq münasibətlərini ayrı salmaq üçün edilən bütün cəhdlər baş tutmayacaq. Yüksələn xətt üzrə inkişaf edən Türkiyə - Azərbaycan əlaqələrinin qarşısını heç bir qüvvə ala bilməz.
Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olacaq.

Sabunçu rayonu, 198 nömrəli tam orta məktəbin
müəllimi Vüsalə Rəşidova

Oxşar xəbərlər