Böyük Qayıdış proqramının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi də diqqət çəkən məqamlardan biridir

Böyük Qayıdış proqramının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi də diqqət çəkən məqamlardan biridir
Əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu sosial-iqtisadi, siyasi, mədəni inkişaf bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi uğurların səbəbi isə 2003-cü ildən bu günümüzə qədər ardıcıl, çoxşaxəli, bir-birini tamamlayan nəticələrə əsaslanır. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi büdcəyə əlavələr edilməsinə şərait yaratmış, investisiya layihələrinin icrası üçün münbit şərait yaranmışdır. Ölkə büdcəsinin 36 milyard manatdan artıq müəyyən edilməsi buna inamla yanaşmağa imkan verir. Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynamışdır.
Böyük Qayıdış proqramının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi də diqqət çəkən məqamlardan biridir. Talış kəndinə və Laçın şəhərinə əhalinin qaytarılması və məskunlaşdırılması bu qəbildəndir. Dünyada gedən proseslər fonunda Azərbaycanın tutduğu mövqeni şərh edən cənab Prezident bildirmişdir: “Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq”.
Göründüyü kimi, bu gün ölkə başçısının mövqeyi ilk öncə dövlətimizin suverneliyinin, müstəqilliyinin qorunmasına, hərbi təcavüzün hər cür təzahürünə qarşı mübarizəyə yönəlmişdir. Cənab Prezidentin çıxışından aydın oldu ki, bundan sonra da insan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistem formalaşacaq, ölkənin yaşıl enerji məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşması prosesləri sürətlənəcəkdir.

Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova



Oxşar xəbərlər