Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hakimiyyət uğrunda başlanan mübarizə müstəqil dövlətçiliyə ağır zərbə vurdu. Ölkədə yaranmış ictimai-siyasi vəziyyət milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə gətirib çıxardı. Belə bir vəziyyətdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün işə başladı. Qısa vaxt ərzində həm hərbi, həm iqtisadi, həm də siyasi böhrandan çıxış yolları tapıldı, ölkədəki ictimai-siyasi sabitlik dövlət siyasətinin bütün sahələrinin inkişafına təkan verdi.
Azərbaycanın dövlət müstəqilliyini xilas etməklə yanaşı, ölkəmizi azərbaycançılıq ideyası ətrafında birləşdirən Ulu Öndər Heydər Əliyev Azərbaycanda müasir dövlətçilik fəlsəfəsinin əsasını qoydu. Bu gün ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə sədaqət dedikdə Heydər Əliyevin adı anılır. Konstitusiyamızın qəbul edilməsi, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının, dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
1991-ci ildə müstəqillik qazanmış və bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan Azərbaycan Respublikası iqtisadi və siyasi çətinliklə qarşılaşdı. Müstəqilliyin ilk üç ilində geriləmə prosesi daha da dərinləşdi. İqtisadiyyatda islahatların aparılması, yeni iqtisadi siyasətin həyata keçirilməsi tələb olunurdu. 1994-cü ildən Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi başlandı. Ölkə rəhbərliyinin apardığı ardıcıl və məqsədyönlü iqtisadi siyasət, neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində 1990-cı illərin əvvəlindən başlayaraq davam edən tənəzzül 1997-ci ilin əvvəlindən dayandırılmış, müəyyən irəliləyişlərə nail olunmuş, bu müsbət meyllər sonrakı illərdə daha da möhkəmlənmiş, inkişaf etmiş və dönməz xarakter almışdır.
Bu gün inkişaf etmiş dövlətlərlə bir sırada adı çəkilən, dünya birliyində özünə layiqli yer tutan Azərbaycan Ulu Öndərin xalqımıza əmanətidir. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən prezident İlham Əliyev, o cümlədən ölkəmizin mədəni irsinin dünyada tanıdılmasında misilsiz xidmətləri olan birinci vitse-prezident , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın adının daha yüksəklərdən eşidilməsi üçün bütün qüvvələrindən istifadə edirlər.
Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova