Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş uzaqgörən və müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi həyatında, beynəlxalq əlaqələr sistemində, sosial-iqtisadi və digər sahələrdə mühüm uğurların əldə edilməsinə səbəb olmaqdadır. Bu uğurlarda Cənab Prezidentin İlham Əliyevin layiqli həyat yoldaşı, ən yaxın silahdaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyavanın əvəzolunmaz xidmətləri vardır. Mehriban xanım böyük ictimai-siyasi dövlət xadimi kimi zəngin və çoxşaxəli fəaliyyəti ilə dövlətimizin inkişafında misilsiz rol oynamaqdadır. O, Azərbaycanın inkişaf quruculuğunda zəngin töhfələrinizlə bərabər, həm də ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsində fəal iştirak edir, vətəndaşlarımızın xoşbəxt gələcəyi naminə Cənab İlham Əliyev ilə çiyin-çiyinə çalışır.
Azərbaycanın Birinci xanımı, ilk növbədə, milli maraqların keşiyində duran xadimdır. Məhz Onun birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqinin, ədəbiyyat və poeziyanın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir. Azərbaycan muğam sənətinin dünyada tanınması istiqamətində də böyük işlər görülüb. O, Azərbaycan mədəniyyəti, elmi və incəsənətinin bütün sahələrinə qayğı göstərir. O, hələ Milli Məclisin deputatı seçildiyi gündən Azərbaycan dövlətçiliyinin – milli müstəqilliyimizin qorunmasına, ölkəmizin ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin inkişafına, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən qərar və qanunların qəbul olunması üçün mühüm təşəbbüslərlə çıxış etmiş, müstəqil Azərbaycanın müasir mənzərəsinin daha da zənginləşməsində müstəsna rol oynamışdır.
Hər zaman olduğu kimi Mehriban xanım hazırda Cənab Prezidentlə birgə Azərbaycanın qürurverici yeni tarixinə öz zəngin imzasını atmaqdadır. 44 günlük Vətən müharibəsində Zəfər qazanan Ali Baş Komandan və Onun Müzəffər Ordusunun məğrur dayandığı işğaldan azad edilmiş torpaqlarımıza baş çəkir, davamlı səfərlər zamanı aparılan bərpa və quruculuq işləri ilə birbaşa tanış olur, mühüm obyektlərin təməlini atır, tarixi torpaqlarımızın dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın tarixi simasının özünə qaytarılmasında böyük həssaslıq və fədalarlığını əsirgəmir.
Əli Həsənov-Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin direktoru