Prezident İlham Əliyev 11 iyul 2023-cü ildə cari ilin altı ayının sosial-iqtisadi yekunlarına aid müşavirə keçirib. İlham Əliyev bildirib ki, cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafını təmin etmək, qeyi-neft sektorunu inkişaf etdirmək, Qarabağın və Şərqi Zəngəzurun bərpasını təmin etmək və sosial sahələrdə islahatları davam etdirməkdir. Prezident maliyyə vəziyyətimizin böyük dərəcədə yaxşılaşmasını bildirib. Buna səbəb maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi,vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi və şəffaflığın təmin edilməsidir. Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdı. Prezident İlham Əliyev bildirib ki, bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bu bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək və ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və hərbi gücümüzü artıraq. Prezident bildirdi ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır.Ölkələrin böyük əksəriyyəti daham çox idxal edir, nəinki ixrac. Bizdə isə bu tam əksinədir. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Prezident İlham Əliyev bildirdi ki, bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur.İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar.
Qayıdış proqramı ardıcıllıqla aparılır. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir.İki məktəb istisna olmaqla, qalan bütün inşaat və infrastruktur işləri Azərbaycanın büdcəsi hesabına həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir,yaxud da ki, bərpa edir. Prezident çıxışında bildirib ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Dünyada qaydalar tamamilə pozulub,davranış qaydalarına riayət olunmur. Prezident çıxışında Azərbaycanın təhlükəsizliyi barədə də fikirlərini bildirib. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi,bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yardılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silhların ,texnikanın alınması istiqamətində işlər plan üzrə gedir. Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır,məntiqlidir və beynəlxalq hüquqa əsaslanır.
Prezident İlham Əliyev bildirib ki, nəqliyyat sektorunun əhəmiyyəti artır.Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşurutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyət bizim üçün əlavə imkanlar yaradır. Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Bu gün bizim "Aframax" tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir.Prezident İlham Əliyev Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekoloji terrordan da danışıb. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük ziyan vurub. 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən məhv edilib. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı qəbul etmişdir.Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi "yaşıl enerji" zonasına çevrilməsi məsələsi qoyulmuşdur. Ölkəmizin böyük hissəsi artıq rəsmən "yaşıl enerji" zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib və bunun nəticəsində xarici investor bizim təbiəti zəhərləyib. Gədəbəy vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. Araşdırmaların obyektivliyi təmin olunmalıdır.Təbiətimiz məhv olunmamalı və insanların örüş, otlaq sahələri zəbt edilməməlidir. Ölkəmizdə işləyən xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
müəllimi Rumiyyə Səfərova