Hər bir cəmiyyətdə hakimiyyətə münasibətin ən vacib meyarı vətəndaşın məmnunluq səviyyəsidir. Dövlətə rəhbərlik edən şəxsin siyasi peşəkarlığı, uzaqgörənliyi, xalqına, vətəninə bağlılığı, qlobal müstəvidəki inkişaf proseslərini ölkənin milli tərəqqisinə istiqamətləndirməsi onun siyasi peşəkarlığından, uzaqgörənliyindən, millətinə, vətəninə bağlılığından asılıdır. Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 19 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərik. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar milli dövlətçilik ənənələrinə sadiqlik amilinə söykənir. Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair konkret siyasət həyata keçirilir. Eləcə də təhsil, turizm, mədəniyyət və iqtisadiyyatın inkişafı üçün zəruri qərarlar qəbul edilmişdir. Xalq qarşısında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” keyfiyyətcə yeni dövrdə Azərbaycanın inkişaf həfəflərini mükəmməl şəkildə özündə ehtiva edir. Son bir ildə regionda yeni geosiyasi vəziyyətin yaranması, işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin aparılması, ardıcıl addımların atılması Azərbaycanda inkişafın perspektiv hədəflərinin dəqiq müəyyənləşdirilməsini zəruri edir.
Vətən müharibəsindən sonra dövlət rəhbərinin də qeyd etdiyi kimi, qazanılan tarixi Zəfər fonunda Azərbaycanda islahatlar prosesi daha da sürətlənib. Prezident İlham Əliyevin son sərəncamları ilə minimum əməkhaqqının 250 manatdan 300 manata qaldırılması, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması sosial müdafiə sisteminin getdikcə təkmilləşdirildiyini göstərir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası ölkə vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Ulu Öndər Heydər Əliyev siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
direktoru Səbahət Ağayeva