
Bu barədə CNN məlumat yayıb.
Məlumata əsasən, Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidməti (BIS) bildirib ki, Avropa agentlərindən ibarət qrup bir neçə ölkədə Belarus KQB-sinin casuslarını aşkarlayıb.
Onların arasında Moldovanın keçmiş kəşfiyyat xidmətinin rəis müavini də olub. O, gizli məlumatları KQB-yə ötürürmüş.
Çexiya həmçinin diplomat adı altında fəaliyyət göstərən belaruslu agenti ölkədən çıxarıb. Ona Çexiyanı tərk etmək üçün 72 saat vaxt verilib. Agentlik qeyd edib ki, Belarus bu casus şəbəkəsini məhz diplomatlarının Avropada sərbəst hərəkət edə bilməsi hesabına yarada bilib.
Rumıniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə agentliyi (DIICOT) isə 47 yaşlı şəxsin dövlətə xəyanət ittihamı ilə həbs edildiyini açıqlayıb. Bildirilir ki, həmin şəxs əvvəllər Moldovanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətində rəhbər vəzifələr tutub.