DAŞKƏSƏNDƏ POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ QEYD OLUNUB

DAŞKƏSƏNDƏ POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ QEYD OLUNUB İyulun 1-də 2 iyul – Azərbaycan Polisi Günü münasibəti ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev, rayon prokuroru Şahin İmanov, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin rayon bölməsinin rəisi Səbuhi Abdullayev, polis veteranları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri Daşkəsən Rayon Polis Şöbəsinin şəxsi heyəti ilə birgə Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzüblər. Daha sonra rayon Şəhidlər Xiyabanı ziyarət olunub və tədbir Daşkəsən Rayon Polis Şöbəsində davam etdirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında başda Daxili İşlər naziri, general-polkovnik hörmətli Vilayət Eyvazov olmaqla, polis orqanlarında çalınan bütün əməkdaşları, o cümlədən Daşkəsən Rayon Polis Şöbəsinin şəxsi heyətini Azərbaycan Polisi Günü münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından səmimi qəlbdən təbrik edib, onlara məsul və şərəfli fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Əhəd Abıyev çıxışında vurğulayıb ki, Azərbaycan polisi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideyalarına sədaqət nümayiş etdirərək dövlətimizə və xalqımıza vicdanla xidmət göstərir.

Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev çıxışında Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin şərəfli polis peşəsinə olan hörməti və güvəni haqqında danışıb. O, yarandığı gündən daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu, sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət apardığını diqqətə çatdırıb.

Digər çıxış edənlər də Azərbaycan polisinin tarixindən, qazandığı nailiyyətlərdən söz açaraq peşə bayramı günü münasibətilə xoş arzularını çatdırıblar.

Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərmanlar və mükafatlar təqdim olunub. Polis əməkdaşları xidməti fəaliyyətlərində bundan sonra da əzmlə çalışacaqlarını və polis adını şərəflə qoruyacaqlarını bildiriblər.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər