Daşkəsəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü qeyd olunub

Daşkəsəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü qeyd olunub Fevralın 12-də Daşkəsəndə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının on illik yubileyi münasibəti ilə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin rəisi Mirqasım Abbasov, bölmənin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tərxis olunmuş hərbçilər, Vətən Müharibəsi qaziləri, şəhid ailələri, ziyalılar və ağsaqqallar ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül düzüblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik hörmətli Arzu Rəhimov başda olmaqla, Xidmətin bütün şəxsi heyətini, o cümlədən də Daşkəsən rayon bölməsinin rəisi mayor Mirqasım Abbasovun simasında bölmənin əməkdaşlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10 illik yubiley günün münasibəti ilə təbrik edib, onlara məsul və şərəfli işlərində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Əlamətdar peşə bayramı günündə Dövlət Xidməti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin əməkdaşlarına, o cümlədə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlərə fəxri fərman və mükafatlar təqdim edilib.

Elmar Əliyev – VÜQARLI
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü qeyd olunubDaşkəsəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü qeyd olunubDaşkəsəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü qeyd olunubDaşkəsəndə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü qeyd olunub

Oxşar xəbərlər