Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində iştirak etmişdir. Prezident ilkin olaraq bütün heyəti qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmişdir. İlham Əliyevin tədbirdəki çıxışı düşmənə göz dağı, dosta qürur yaşatdı. Hər kəliməsi ilə Azərbaycanın meydanda var olduğunu sübut etdi. Prezident qeyd etdi ki, dünyada geosiyasi vəziyyət dəyişir, Ermənistanda revanşist qüvvələr baş qaldırır və bu da bölgəmiz üçün yeni təhdid deməkdir. Buna görə də ordu quruculuğu daim diqqət mərkəzində saxlanılmalıdır. 44 günlük Vətən müharibəsindən sonra bu sahədə ciddi addımlar atılmışdır. Komandoların sayı günbəgün artır, yeni silahlar alınır, pilotsuz uçuş aparatları, uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi üçün bir çox kontraktlar imzalanır. Prezident həmçinin, qeyd etmişdir ki, cari ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Bu gün dövlət büdcəsinin əsas istiqamətləri Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi və hərbi potensialımızın gücləndirilməsindən ibarətdir.
Azərbaycan Ordusunun hər bir üzvü hərbçi olmaqdan ziyadə vicdanlı bir insandır. Azərbaycan əsgəri öz mənəviyyatı ilə fərqlənir. Bizim igidlərimiz torpaqlarımızı ədalətli bir şəkildə döyüş meydanında almışdır. Mülki əhaliyə qarşı müharibə aparmamışlar. Buna görə də həmişə alnı açıq, başı dikdir. Buna görə də biz müharibə yox, ədalət tələb edirik. İllərlə tarixi abidələrimiz məhv edilmişdir, müqəddəs ocaqlarımız təhqir edilmişdir. Dünya birliyi xalqımıza qarşı olan ədalətsizliklərə illərlə susmuşdur. Bu gün tək istəyimiz odur ki, bizim daxili siyasətimizə heç kim müdaxilə etməsin. Azərbaycanın başqa ölkələrin torpağında gözü yoxdur, ərazi bütövlüyümüzün tanınmağı kifayətdir.
Prezident çıxışında qeyd etmişdir ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış kapitulyasiya aktında Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyi öz üzərinə götürmüşdür. Lakin bu günə qədər həmin öhdəlik yerinə yetirilməmişdir. Həmçinin, aktın ən vacib şərtlərindən biri də Ermənistan ordusunun silahlı birləşmələrinin Qarabağ torpaqlarından tamamilə çıxarılması idi. Bu şərtə də əməl olunmur.
İstənilən halda azad edilmiş torpaqlarımızda quruculuq işləri aparılır. Keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. İnsanlar o torpaqlarda hüzurla yaşayacaqlar. Çünki xalq güclü ordusuna arxayındır. Nə qədər ki iradəli bir lider, cəsur əsgərlərimiz var, bizim kürəyimiz yerə gəlməz.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva