
Bunu Milli Məclisdə “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı dinləmədə “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev deyib.
“Normativlərdə evlərin sahəsində də fərqlər var. “Xruşşovka”lar, “leninqradski” binalarla yeni tikililər arasında 3 dəfəyə qədər fərq var. Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Hazırkı tariflər real qiymətdən 4-13 dəfə aşağıdır”, - Vaqif Tağıyev qeyd edib.
O əlavə edib ki, hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir. “Burada deputat Naqif Həmzəyev tariflərin artırılması barədə sual verib. Tarif metodologiyası reallığa uyğun tətbiq edilməlidir, real qiymət mexanizmi qanunda öz əksini tapmalıdır”, - o vurğulayıb.