Bəyanatın imzalanması ilə münaqişəsinin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibədə düşmənin texnikası tam məhv oldu, canlı qüvvəsinə ciddi zərbə dəydi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.
Müharibə zamanı xalqımızın həmrəyliyi bir daha sübut olundu. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olundu.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının əsasıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan Ordusunun məğlubedilməzliyi barədə formalaşdırılmış mifi 44 günə dağıtdı.
İki qardaş ölkə arasında 15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsi imzalandı. Böyük Qayıdış strategiyası icra olunmağa başladı. Didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıtması mərhələsi artıq başlayıb. Fizuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb. Planlaşdırılmaya əsasən 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanı, Qarabağ və Şərq Zəngəzur ərazisində ümumi uzunluğu 50 km –dən çox olan 33 tunel, uzunluğu 12 km olan 84 yeni körpü salınacaq. Cəbrayılda gücü 230 meqavat olan stansiyanın tikintisi başlayacaq.
Prezident İlham Əliyevin 6 Oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezitendi, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə imzalanmış Bəyanətdə qeyd olunur ki, tərəflər bir-birinin ərazi bötüvlüyünü tanıyır. Ermənistanın Azərbaycan ərazi suverənliyini tanımasının sübutudur.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
direktoru və riyaziyyat müəllimi Sədaqət Əliyeva