DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV TƏBİİ FƏLAKƏTİN ZİYAN VURDUĞU ƏRAZİLƏRƏ BAŞ ÇƏKİB, SAKİNLƏRLƏ GÖRÜŞÜB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV TƏBİİ FƏLAKƏTİN ZİYAN VURDUĞU ƏRAZİLƏRƏ BAŞ ÇƏKİB, SAKİNLƏRLƏ GÖRÜŞÜB İyunun 24-də icra başçısı Əhəd Abıyev Daşkəsən rayonunda dolu və leysan yağışları, sel suları, torpaq sürüşməsi nəticəsində baş vermiş təbii fəlakətin fərdi yaşayış evinə ziyan vurduğu 12 uşağı olan “Qəhrəman ana” Zemfira Məmmədova və onun ailə üzvləri ilə görüşüb, qayğılarını dinləyib.

Aidiyyəti qurumlarla birgə daxili imkanlar hesabına dəymiş ziyanların aradan qaldırıldığını bildirən Əhəd Abıyev sakinləri evlərini sığortalamağa da çağırıb və bunun nə qədər vacib olması ilə bağlı geniş məlumat verib.

İcra başçısı onu da diqqətə çatdırıb ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri ilə birgə təbii fəlakətin ziyan vurduğu ərazilərə, habelə Zemfira Məmmədovanın fərdi yaşayış evinə baxış keçirərək müvafiq akt tərtib etmişlər və aidiyyəti üzrə də müraciətlər olunmuşdur.

Oğlunun ikisi qazi və biri də şəhid olan Daşkəsən şəhər sakini Zemfira Məmmədova və onun ailə üzvləri müvəqqəti olaraq zəruri avadanlıqlarla təchiz edilmiş 2 çadırda yerləşdiriliblər. Tam qəzalı vəziyyət düşdüyündən vətəndaş üçün yeni fərdi yaşayış evinin tikilməsinə ehtiyac vardır.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər