DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV GURBULAQ KƏNDİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV GURBULAQ KƏNDİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB İyulun 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev vətəndaşların növbəti səyyar qəbulunu Gurbulaq kəndində keçirib. Qəbulda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Çıxış edən icra başçısı Əhəd Abıyev yerlərdə keçirilən vətəndaş qəbullarının möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq davam etdirildiyini diqqətə çatdırıb. Əhəd Abıyev sakinlərlə keçirilən bugünkü səyyar görüşün də əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etməyə, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.
İcra başçısı Əhəd Abıyev vurğulayıb ki, ötən dövrlərdə Gurbulaq kəndinin elektrik, su, yol ilə bağlı sosial problemlərinin aradan qaldırılmasına dair bir sıra işlər görülmüş və kəndin 40 şagird yerlik modul tipli yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Əhalinin məşğulluğunun artırılması istiqamətində davamlı iş aparılmışdır.
Sonra kənd sakinlərinin müraciətlərini dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verib.
Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də baxılması üçün nəzarətə götürülüb.
Gurbulaq kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər