İyunun 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Əhmədli kəndində sakinləri qəbul edib.
RİH başçısı Əhəd Abıyevlə birgə səyyar qəbulda rayon prokuroru Şahin İmanov, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, rayon Polis şöbəsi rəisi Seymur Əfəndiyev, aidiyyəti idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri, ziyalılar və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev çıxışında qeyd edib ki, yerlərdə səyyar qəbulların keçirilməsində əsas məqsəd möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşlarla yerlərdə görüşüb onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması, mövcud problemlərin həlli istiqamətində həyata keçirilən işlərdən söz açan Əhəd Abıyev həmçinin bildirib ki, ötən dövrlərdə Əhmədli kəndinin də yerləşdiyi ərazi vahidliyində xeyli abadlıq-quruculuq işləri görülmüş, hələ sovetlər dövründən bəri narazılıq yaradan əhalinin elektrik enerjisi ilə bağlı problemini tamamilə aradan qaldıracaq 110 kV-luq “Əhmədli” elektrik yarımstansiyası istifadəyə verilmiş, kənd təsərrüfatının ayrı-ayrı sektorlarının, o cümlədən turizmin inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanmışdır.
Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlərdə rayon mərkəzindən kəndə gələn avtomobil yolunun asfaltlaşdırılması, təbii qaz və əlavə içməli su xəttinin çəkilməsi və digər şəxsi məsələlər qaldırılıb.
Vətəndaşları fərdi qaydada dinləyən Əhəd Abıyev qaldırılan problemlərin qısa zamanda həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, icra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə edilib.
Səyyar qəbul zamanı vətəndaşlara maarifləndirici bukletlər paylanaraq bildirilib ki, xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Daşkəsən RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” – rih.gov.az portalına daxil olmaqla da müraciətlərini edə bilərlər.
Əhmədli kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı