Azərbaycan Respublikasının ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə infrastruktur obyektləri dağıdılmış,milli-mədəni irsimiz məhv edilmiş,iqtisadiyyata zərər vurulmuş,minlərlə insan qaçqın vəziyyətinə düşmüşdür.
44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş həmin ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün indiyədək prezident İlham Əliyev tərəfindən bir sıra sənədlər imzalanıb. Belə ki,cənab prezidentin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında məcburi köçkünlərin doğma yurdlarına qayıdışı,işğal olunmuş ərazilərdə bərpa quruculuq işlərinin aparılması,təhlükəsizliyin təmin olunması,iqtisadiyyatın yenidən qurulması,sosial inkişaf,ətraf mühitin tarazlı inkişafı əsas priorietlərdən hesab olunur. İlkin strateji mərhələdə əhalinin təhlükəsiz şəkildə məskunlaşmasına nail olunacaq,işğaldan azad edilmiş ərazilərin ölkə iqdisadiyyatına inteqrasiyası təmin ediləcək. Daha sonra isə iqtisadiyyatın qurulması məqsədilə biznes nühitinin formalaşdırılması gerçəkləşdiriləcək. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər 2026-cı ilədək həyata keçiriləcəkdir.
Böyük Qayıdış yolunda Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev ilə əmin addımlar atırıq! Bunu Ağalı kəndində “Ağıllı kənd” layihəsi də təsdiqləyir. Ağalı kəndi Böyük Qayıdışın ilk müjdəsi oldu. Ağalı kəndinin timsalında dövlətimizin hədəf və məqsədlərini aşkar görə bilirik. Əminik ki,qarşıya qoyulan digər hədəflərə də qısa müddətdə müvəffəq olunacaq. Bu azad torpaqlara qayıdışımız adına layiq Böyük Qayıdış olacaq! Tezliklə bütöv Qarabağda yeni həyat başlayacaq!
Balaxanı qəsəbəsi, 69 nömrəli məktəbin
müəllimi Məleykə Əkbərova