Bu gün dövlətimizin qarşıya qoyduğu başlıca məqsədlərdən biri ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Bunun üçün də ölkəmizdə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, dayanıqlı və möhkəm iqtisadiyyata nail olmaq üçün ciddi tədbirlər görülür, islahatlar həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikası regionlarının müvafiq dövrlər üzrə sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət proqramlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Həmin proqramların önündə 2004-2008-ci illərdə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” durur. Sonralar həmin istiqamətdə daha iki dövlət proqramı imzalanmışdır. Ancaq regionların və bütövlükdə ölkəmizin sürətli inkişafının təmin edilməsində birinci dövlət proqramının icrasının xüsusi rolu olmuşdur.
Dövlət proqramları əsasında həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün respublikamızın bütün regionlarında sosial-iqtisadi inkişafa, tərəqqiyə nail olunur. Bu isə ümumilikdə ölkə iqtisadiyyatının dayanıqlığının daha da artırılmasına xidmət etmiş olur.
2003-2015-ci illərdə Bakı ilə yanaşı, respublikamızın bölgələrində də yeni sənaye müəssisələri yaradılmışdır. Həyata keçirilən tədbirlər yerli sahibkarlığın inkişafına, əhalinin işlə təmin olunmasına və iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafına təkan vermişdir.
2004-2018-ci illər ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Halbu ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Hal-hazırda, bu göstərici 96,2 faizdir. 2010-cu il yanvarın 1-də isə bu rəqəm 62,2 faiz idi. Son 10 ildə 1600-ə yaxın kənd və qəsəbə mavi yanacaqla təmin olunub və beləliklə də, qazlaşdırma 34 faiz artıb.
2004-cü ildə ölkəmizdə içməli su ilə təminat 40 faiz idisə, 2020-ci ildə bu göstərici 70 faizə çatdırılmışdır. Bakı şəhərində əhalinin içməli su ilə təminatı 29 faiz idisə, bugün təxminən 82 faizə çatdırılıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin inşa
edilməsi, Ceyranbatanda ən böyük sutəmizləyici qurğunun tikilməsi bu sahədə görülən mühüm işlərdəndir.
Prezidentimiz tərəfindən avtomobil yollarının tikintisi və müasirləşdirilməsi də diqqət mərkəzindədir. Dövlət başçımız bu məsələyə münasibət bildirərkən demişdir: “Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Nəyə görə? Çünki bazarlara rahat çıxış olur. Beləliklə, yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil”.
Prezidentimizin daxili siyasətinin istiqamətlərindən biri də sosial layihələrin həyata keçirilməsidir. Bunun nəticəsidir ki, ölkə üzrə hər il yeni və müasir standartlara cavab verə biləcək səviyyədə təhsil ocaqları, səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri, idman kompleksləri tikilərək vətəndaşların istifadəsinə verilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayır. Prezidentimiz tez-tez regionlara səfər edir, həmin yerlərdə görülən işlərlə yaxından tanış olur. 44 günlük müharibədən sonrakı dövrdə dövlət başçımızın işğaldan azad olunmuş regionlara səfərləri isə xüsusi əhəmiyyət daşıyır. Bu ərazilərin ən müasir formada bərpası regionların inkişafı siyasətində birinci yerdə dayanır.
Regionların inkişafı dövlət başçısının həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi paytaxt Bakı şəhəri ilə yanaşı, bütün regionların hərtərəfli və davamlı inkişafına nail olunmasıdır. Bugünədək əldə edilmiş nailiyyətlər, qazanılmış uğurlar bizə ümid verir ki, növbəti illərdə də Dövlət proqramı çərçivəsində görüləcək genişmiqyaslı işlər regionların sosial-iqtisadi inkişafına əhəmiyyətli dərəcədə öz müsbət təsirini göstərəcək, ölkə iqtisadiyyatının daha da dayanıqlı və dinamik inkişafına səbəb olacaqdır.
Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbin tarix müəllimi Həmidova Aydan