Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilərək inamla davam etdirilir

Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilərək  inamla davam etdirilir Dövlət başçımız İlham Əliyev idmana xüsusi dəyər verir. Rəhbərimizin bu sahəyə ayırdığı yüksək diqqət idmançılarımız üçün böyük maraqdır.
İdman yeganə vasitədir ki, ölkəni, onun rəmzlərini bütün dünyada təmsil edir. Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu da həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur, beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaranır.
Hazırda idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir. Ölkə başçısının bu sahədə apardığı siyasət ölkəmizdə idmanın hərtərəfli inkişafına səbəb olub. İdmanın inkişafı ilə bağlı bütün məsələləri diqqətində saxlamağı, idmançılara qayğısı, onların problemləri ilə daima maraqlanması idmanın inkişafına yüksək töhfələr verib. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.
Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.
2022-ci il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün çox uğurlu bir il oldu. Neçə-neçə illərdir ki, düşmən altında olan Qarabağımızı işğaldan azad etdik. Çünki biz güclüyük, müstəqil dövlətimiz var. İstər işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, istərsə də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən genişmiqyaslı işlər hazırda da davam etməkdədir.İdmanın inkişafı ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilir. Bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə vətənin adını ucaldır, bayrağımızı yüksəklərə qaldırırlar.
Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilərək inamla davam etdirilir. Bu gün dövlətimizdə sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Belə bir dövrdə dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız yeni-yeni möhtəşəm qələbələrə imza atacaq, yüksək nailiyyətlər əldə edəcək, Vətənimizin adını dünyanın tanınmış ölkələri sırasında hallandıracaqlar. Çünki biz qalib ölkənin qalib vətəndaşıyıq. Qalib ölkənin vətəndaşı olmaq əbədi qürurdur. Bu qürur ki, idmançılarımız sayəsində Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınacaqdır...

Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Məmmədova


Oxşar xəbərlər