Prezident: Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir

Prezident: Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşündə bildirib.

Dövlət başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev müxtəlif sahələrdə, o cümlədən müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdiyini bildirib.

Oxşar xəbərlər