Artıq bütün dünya ölkələrinə məlumdur ki, Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri çox qədim tarixə malikdir. Bu iki dövlət əsrlər boyu hər zaman bir-birinə dəstək olmuş, əməkdaşlıq etmişlər və bugün də bir millət, iki dövlət olaraq qalmaqdadırlar.
Təbiidir ki, hər bir dövlətin şanlı tarixində yaxşı günləriylə yanaşı, pis günləri də olur. Təəssüf hissi ilə qeyd etməliyik ki, qardaş Türkiyə dövləti də, son zamanlar tarixin ən ağır günlərini yaşayır. Ölkə ərazisində baş vermiş güclü zəlzələ, on minlərlə insanın həyatına son qoydu. Təbii ki, qardaş ölkənin bu vəziyyəti bizi də çox kədərləndirib. Azərbaycan hökuməti və xalqı yaşanan hadisəyə biganə qalmayaraq, zəlzələ baş verən andan həmin ərazilərə humanitar yardımlar etmək məqsədilə səfərbər olmuşdur. Zəlzələ bölgəsinə çoxlu sayda xilasedicilər, tibb personalı və könüllülər göndərilmişdir. Tibb personalımız yorulmadan, usanmadan gecə-gündüz çalışaraq minlərlə yaralıya tibbi xidmət göstərmişlər. Bütün bunlarla yanaşı, ölkəmiz qardaş Türkiyəyə maddi yardımlarını da əsirgəməməkdədir. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər qurumların bank hesablarına köçürülmüşdür. Xüsusilə qeyd etmək istərdik ki, zəlzələ zamanı türk xalqına edilən yardımlara görə Azərbaycan xalqı birinci yerdədir və bu da, əsl dotluq və qardaşlığın ən bais göstəricisidir.
Unutmaq olmaz ki, Azərbaycan xalqının da ən ağır günlərində hər zaman ən güclü dəstəkçimiz Türkiyə dövləti olmuşdur. 44 günlük müharibə zamanı ölkəmiz üçün etdiyi həm siyasi, həm mənəvi dəstəyi bizə xüsusi güc verirdi. İki dövlət arasındakı bu cür sıx münasibətin nəticəsi olaraq, 2021-ci ildə Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və əlaqələrimiz müttəfiqlik səviyyəsinə qaldırılmışdır.
Zəfərimizə qədər – 30 illik işğal dövründə, yüzlərlə şəhər və kəndimiz, qəbiristanlıqlar, tarixi və dini abidələrimiz yerlə-yeksan edilmişdir. Məscidlər dağıdılmış, təbii sərvətlərimiz talan edilmişdir. Hələ Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın vətəndaşımız itkin düşmüş və onlar müxtəlif işgəncələrə məruz qalaraq, vəhşicəsinə qətlə yetirilmişdir. Bu gün çox üzülərək qeyd etməliyik ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Yüzlərlə vətəndaşımız müharibədən sonra mina partlayışı nəticəsində həyatını itirib.
Ancaq, bütün bunlara baxmayaraq 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra Azərbaycan bu ərazilərdə abadlıq və yenidənqurma işləri aparmaqdadır. Dağıdılmış kəndlər, şəhərlər, qəsəbələr sıfırdan qurulur və ən əsası “Böyük Qayıdış” proqramının icrasına artıq start verilib. Bütün bu və digər atılan addımlar çox qürurvericidir. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma prossesində Azərbaycana yenə də ən yaxın dəstək qardaş Türkiyədən gəlmişdir.
Danılmaz faktdır ki, yenidənqurma prossesində ölkəmizə dəstək yalnız Türkiyədən deyil, həmçinin Özbəkistan, Qazaxıstan tərəfindən də olmuşdur. Bu dövlətlərlə, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır. Bütün bunlar dövlətlər arasındakı qarşılıqlı əməkdaşlığın nəticəsidir
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə