Asiya ilə Avropa arasında ən qısa yol bu gün Azərbaycandan keçir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tacikistan Prezidenti Emoməli Rəhmonun şərəfinə verilən rəsmi ziyafət mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Bir daha bizim bütün əziz qonaqlarımızı Azərbaycanda səmimi qəlbdən salamlayıram. Bu gün ölkələrimiz arasındakı münasibətlərin tarixində əlamətdar gündür. Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərimizin inkişafında mühüm mərhələdir. Səfər çox uğurlu keçir. Biz bu gün ikitərəfli münasibətlərin gündəliyində duran bir çox məsələlərlə bağlı ətraflı danışıqlar, fikir mübadiləsi apardıq. Əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətin genişlənməsinə ölkələrimizin sadiq olduğunu bir daha təsdiq etdik və ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün mühüm yolları müəyyənləşdirdik. Siz hamınız sənədlərin imzalanması mərasimində iştirak etmisiniz. Təkcə bu sənədlərin siyahısı münasibətlərimizin səviyyəsini xarakterizə edir. Bu gün imzalanan sənədlər xeyli fəaliyyət sahəsini əhatə edir. Əminəm ki, bunların hamısı vaxtında icra ediləcək və bu da bizim münasibətlərimiz üçün daha möhkəm təməl yaradacaq.
Biz bu gün Tacikistanın hörmətli Prezidenti ilə Birgə Bəyanat imzaladıq. Bu, bizim iradəmizi, qarşılıqlı fəaliyyətə yönələn səylərimizi, beynəlxalq vəziyyətlə bağlı məsələlərdə ümumi yanaşmanı, həmçinin Tacikistanın siyasəti çərçivəsində BMT-də su ehtiyatları ilə bağlı irəli sürdüyü çox mühüm təşəbbüslərə Azərbaycanın dəstəyini əks etdirən olduqca vacib siyasi sənəddir. Biz bu bəyanatda mahiyyət etibarilə münasibətlərimizin inkişafının əsas yollarını müəyyən etdik. Mən çox şadam ki, belə bir bəyanat bizim gələcək fəaliyyətimizin təməli olacaq".
Azərbaycan Prezidenti qeyd edib: "Bu gün sənaye kooperasiyası ilə bağlı məsələlərə çox vaxt sərf etdik. Qəbul edilən qərarlar əminəm ki, qısa müddətdə çox yaxşı nəticələr verəcək. Nəticə yeni istehsalatların, istehsalat güclərinin, sənaye kooperasiyasının, yüzlərlə yeni iş yerinin yaradılmasına hədəflənəcək. Bu qərarlar bizim sənaye müəssisələrimiz arasında tamamilə yeni kooperasiya sistemi yaradacaq, ölkələrimizin nəqliyyat infrastrukturunu daha da çox yükləyəcək. Başqa sözlə, əminəm ki, səfərin nəticələri çox səmərəli olacaq və yaxın zamanda biz bunu konkret rəqəmlərdə hiss edəcəyik.
Bu gün Biz Tacikistanın hörmətli Prezidenti ilə əlbəttə ki, bizi qane etməyən əmtəə dövriyyəsinin səviyyəsi barədə fikir mübadiləsi apardıq. Amma həyata keçirilən tədbirlər və imzalanan sənədlər bizə qısa müddət ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsini bir neçə dəfə artırmağa imkan verəcək.
Bu gün biz nəqliyyat infrastrukturumuzun inteqrasiyası, sənaye istehsalında kooperasiya, xarici bazara çıxış ilə bağlı mühüm qərarlara gəlirik. Sizin bildiyiniz kimi, Azərbaycan son zamanlar nəqliyyat infrastrukturunun olduqca şaxələnmiş sistemini yaradıb. Biz böyük sərmayələr yatıraraq yeni nəqliyyat yolları yaratmışıq. Asiya ilə Avropa arasında ən qısa yol bu gün Azərbaycandan keçir. Avtomobil yollarının, yeni aeroportların, Xəzərdə iri ticarət limanının inşasına da sərmayələr qoyulub. Biz bütün bunları dostlarımıza, Mərkəzi Asiyadakı tərəfdaşlarımıza təqdim edirik. Əlbəttə ki, biz bu gün Tacikistan Prezidenti ilə bu məsələləri ətraflı müzakirə etmişik.
Səfər ölkələrimizin əməkdaşlığı dərinləşdirməyə meyilli olduğunu göstərir, ticari-iqtisadi sahədə perspektivlər açır. Biz, həmçinin sərmayələrlə bağlı məsələyə toxunduq və yaxın vaxtlarda Tacikistana sərmayə məsələlərinin öyrənilməsi üzrə konkret missiya göndəriləcək. Həmçinin kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Belə demək olarsa, diqqətimizdən kənarda qalan çox az sahələr oldu. Bütün bunlar dövlətlərimizin qarşılıqlı fəaliyyəti möhkəmləndirməkdə çox güclü siyasi iradəsinin olduğunu göstərir".
Prezident İlham Əliyev daha sonra əlavə edib: "Biz Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Bu gün Tacikistan sabit ictimai-siyasi şəraitə malik ölkədir. Bu, inkişaf üçün olduqca mühüm amildir. Xüsusən, biz görəndə ki, Mərkəzi Asiya regionunda, bizim regionda və Yaxın Şərqdə sabitlik pozulur, qan axıdılır, yeni münaqişələr başlanır, köhnə münaqişələr öz həllini tapmır, əlbəttə ki, Tacikistanda sülhün hökm sürməsi, vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik – bütün bunlar Sizin ölkənizin dayanıqlı inkişafının rəhnidir. Əlbəttə ki, burada əsas rol Tacikistan Prezidenti Emoməli Şərifoviç Rəhmona məxsusdur. O, hələ Tacikistanın müstəqil dövlət kimi erkən dirçəliş mərhələlərində vətəndaş müharibəsinin qarşısının alınmasında, sülh şəraitinin, rifah və inkişafın yaranmasında böyük rol oynayıb. Əlbəttə, biz nəticələri Tacikistanın sosial-iqtisadi inkişafında görürük. Biz Sizin uğurlara sevinirik və əlbəttə, əminik ki, Prezidentin sosial-iqtisadi inkişafa, Tacikistanın dünyəvi və regional məsələlərdə rolunun və əhəmiyyətinin artmasına yönələn kursu uğurla davam etdiriləcək. Biz isə sizin dostlarınız kimi, uğurlarınızı müşahidə edəcək və sevinəcəyik, öz tərəfimizdən həm Azərbaycanın, həm də Tacikistanın gələcəkdə də uğurlu inkişafı və rifahı üçün səylərimizi əsirgəməyəcəyik".