Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev - Azərbaycanın milli dövlətçilik quruculuğunun, eləcə də milli qurtuluşumuzun əsas təməlləri Naxçıvanda ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlaması Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixi sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Sovet imperiyasının rəsmən hələ də mövcud olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi güclü iradə və böyük qətiyyət tələb edirdi. Həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış və Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxaraq “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdi.
Müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm digər səhifələrindən biri də ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsidir. Həmin dövrdə ölkənin hər bir yerində olduğu kimi Naxçıvanda da vəziyyət ağır idi. Lakin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada qısa zamanda sabitlik təmin edildi. Məhz bundan sonra Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşmağa başladı. Muxtar Respublikada aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı istiqamətində xüsusi işlər həyata keçirildi. O dövrdə Naxçıvan blokada şəraitində idi. Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində Naxçıvanda inkişaf və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı istiqamətində mühüm addımlar atıldı. Belə ki, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar quruldu. Bir sözlə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü.
Fəaliyyəti boyu Azərbaycan xalqının firavanlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı naminə yorulmadan çalışan ulu öndər Heydər Əliyevin əsas amallarından biri də dünyada yaşayan azərbaycanlıların birliyinə nail olmaq idi. Dahi şəxsiyyət Vətənə və xalqa xidməti əsas ideya olaraq əsas tutduğu üçün dünya azərbaycanlılarını da bu ideya ətrafında birləşməyə səsləyirdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi milli ideyalara sədaqətin bariz nümunəsidir.
Müstəqil Azərbaycan dövlətinin varlığı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, Ulu Öndər tarixdə Azərbaycan xalqının xilaskarı kimi qalıb. Təbii ki, bütün bunlar dahi şəxsiyyətin titanik fəaliyyətinin, ən əsası da ömrünü xalqına xidmətə həsr etməsinin nəticəsdir.