Cəmiyyətlə hakimiyyət arasındakı effektiv ünsiyyət platformalarından biri, bəlkə də birincisi mətbuatdır. Cəmiyyətimizi narahat edən məsələlərlə bağlı ictimai debatların ən səmərəli müzakirə platforması da kütləvi informasiya vasitələridir. Bu müstəvidə səsləndirilən fikir və rəylər arasında fərdi mülahizələr üstünlük təşkil etdiyi üçün, vətəndaş daha səhih məlumatı rəsmi mənbələrdən gözləyir. Ötən illərin təcrübəsi göstərir ki, cəmiyyətimizin tərəddüd etmədən güvəndiyi ən mötəbər ünvan Azərbaycan Prezidentidir. Prezident İlham Əliyevin hər bir çıxışı, müraciəti, yerli, yaxud xarici mətbuata müsahibələri Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarının və onların əsasında müəyyənləşdirilən hədəflərin təqdimatı kimi dəyərləndirilir.
Dövlətimizin başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha diqqəti Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra şanlı hərbi Qələbəsini siyasi müstəvidə də təsdiqləmək istiqamətində atdığı addımlara və əldə olunan uğurlara yönəltdi. Hər birimiz növbəti dəfə şahidi olduq ki, Azərbaycan güclü dövlətdir, bizim beynəlxalq aləmdə böyük hörmət və ehtiramla qəbul edilən güclü liderimiz var. Prezident İlham Əliyev sözügedən müsahibədə Azərbaycanın iqtisadi, siyasi, diplomatik, hərbi uğurlarından geniş bəhs edərək 2023-cü ilin də ölkəmizin tarixində mühüm hadisələrlə yadda qalacağına əminliyini ifadə etdi. Ən əsas məqamlardan biri də hərbi potensialın gücləndirilməsi, hərbi sənayenin inkişafı məsələləridir ki, Prezident İlham Əliyevin çıxışında bu istiqamətdə də aydın hədəfləri gördük. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz Azərbaycan Ordusunun gücünü dünyaya göstərdi, ölkəmizin nüfuzunu dünyanın dörd bir yanında nümayiş etdirdi.
Azərbaycan Prezidentinin müsahibəsində regionda baş verən proseslər, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh prosesinin hazırkı vəziyyəti, bu yöndə qarşıda dayanan vəzifələrlə bağlı fikirlər xüsusilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin bütün çıxışlarında, müsahibələrində diqqət yönəldilən əsas məsələ tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün Azərbaycanın qarşı tərəfə sülh təklifini etməsidir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq vaxt keçib, Ermənistan bu prosesin uzanması istiqamətində səylər göstərir. Ermənistan üçtərəfli Bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də qanunsuz erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olurlar. Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə bilməz. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Vətən müharibəsinin nəticəsində artıq yeni reallıqlar yaradıb.
Eyni zamanda Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsində yaralanmış, xəsarət almış hərbiçilərin sağlamlığının bərpası istiqamətində görülən işlərə də toxundu. Əhalinin özünüməşğulluğunun təmin olunması, eyni zamanda kiçik və orta biznesin inkişafına dəstək verilməsi istiqamətində dövlətin gördüyü işlər təbii ki, inkarolunmazdır. Bu gün Azərbaycanda 60 min ailənin özünəməşğulluq proqramına cəlb edilməsi deyilənləri bir daha sübut edir. Prezident işğaldan azad olunmuş ərazilərdə görülən işlərə də geniş nəzər saldı. 2023-cü ildə Böyük Qayıdışın kütləviliyi təmin ediləcək. Azərbaycan bu illər ərzində həm də tam şəkildə iqtisadi müstəqilliyini əldə edib. Azərbaycan bugünkü iqtisadi müstəqilliyi gücləndirmək və onu davam etdirmək istiqamətində öz siyasətini həyata keçirir. Bu gün Azərbaycan enerji resurslarından, qeyri-neft sektorundan, nəhəng layihələrdən əldə etdiyi gəlirlərin böyük hissəsini paralel olaraq işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldir. Əlbəttə ki, bu da çox əhəmiyyətli məsələdir. Çünki, ilk növbədə, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdıb yaşamalıdır, digər tərəfdən də biz dünyaya qurucu, yaradıcı xalq olduğumuzu, tarixi torpaqlarımıza sahib çıxdığımızı göstərməliyik.
Prezident İlham Əliyev bu il də dövlətin əsas diqqət mərkəzinin, yəni əsas xərclər istiqamətinin Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesi olacağını söylədi. Əsas məsələ yenə də işğaldan azad edilmiş yurd yerlərimizin bərpası və ordu potensialımızı gücləndirməkdir. Dövlətimizin başçısı bu il laçınlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını da bildirdi. Müzəffər Ali Baş Komandanın əminliklə söylədiyi bu fikirlər hər bir laçınlının, o cümlədən bütün Azərbaycan xalqının Zəfər sevincini daha da artırdı. Soydaşlarımız yurd-yuvalarına qayıdacaq, bu torpaqlara yeni həyat verəcək, malik olduğu iqtisadi resurslardan istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcəklər. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb.
Bir sözlə, Prezident İlham Əliyevin konseptual xarakterli növbəti müsahibəsi çox sayda əhəmiyyətli mesajlarla yadda qaldı. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müstəqil siyasəti nəticəsində 2023-cü ildə də ölkəmizin beynəlxalq arenadakı mövqeləri qorunub saxlanılacaq və Azərbaycan öz istədiklərinə nail olacaq.
Murad Vəlizadə,
Salyan rayonu Qaraçala qəsəbə inzibati ərazi
dairəsi üzrə nümayəndənin müavini, YAP fəalı