Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Məmməd Əliyev - Artıq tarixə çevrilən 2022-ci il Azərbaycan üçün uğurlu oldu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində respublikamızın 2022-ci ildə ayrı-ayrı sahələrdə qazandığı uğurları xüsusi vurğuladı. İlk növbədə, Vətən Müharibəsinin başa çatmasından ötən iki il Azərbaycanın gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Ötən il Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində və Ermənistanla şərti sərhədlər boyunca bir neçə hərbi əməliyyat həyata keçirilib. Bu əməliyyatlar zamanı Ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olması bir daha öz təsdiqini tapdı. Düşmən və onun havadarları gördü ki, Azərbaycanın “Dəmir yumruq”u yerindədir. “Fərrux əməliyyatı, “Qisas” əməliyyatı, eyni zamanda, sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar bizim növbəti parlaq qələbəmizlə nəticələndi. Sərhəd toqquşmaları nəticəsində Azərbaycan bir çox əlverişli strateji yüksəkliklərdə öz mövqelərini daha da möhkəmləndirə bilmişdir” - deyə Prezident İlham Əliyev vurğulayıb.
İşğaldan azad olunmuş ərazilərdə düşmənə qarşı hərbi üstünlüyünü təmin etməsi qalib Azərbaycanın danışıqlar masasında mövqeyini daha da gücləndirir. Ermənistanın havadarları, xüsusilə də bu ölkəni özünün bacısı adlandıran Fransa 44 günlük müharibə zamanı olduğu kimi, ötən ildə də Azərbaycana təzyiq cəhdlərində bulundu. Fransa prezidenti Emmanuel Makron 2022-ci ildə yerli mətbuata verdiyi müsahibəsində Ermənistana havadarlıq etdiyini açıq mətnlə dilə gətirdi. Həmçinin bu ölkənin parlamenti Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdi. Ancaq belə təzyiq vasitələri ilə ölkəmizi, xalqımızı qətiyyətli mövqeyindən geri döndərmək əsla mümkün deyil. Dünya Azərbaycanın haqlı olduğunu görür və respublikamıza dəstək verir. Bunu ötən ilin dekabr ayında BMT Təhlükəsizlik Şurasında Fransanın ölkəmizə qarşı növbəti qərəzli təşəbbüsünün iflasa uğraması bir daha təsdiqlədi. Fransadan gələn ölkəmizə qarşı qərəzli qətnamənin qəbul edilməsi təşəbbüsü Azərbaycanın dostlarının ədalətli yanaşması sayəsində rədd edildi.
2022-ci ilin ən mühüm hadisələrindən biri Laçına tarixi qayıdışımız oldu. Bunu böyük nailiyyət kimi səciyyələndirən dövlətimizin başçısı vurğulayıb: “Avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl biz Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində çox genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Əminəm ki, biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”. Azərbaycan Ordusunun avqustun 26-da Laçın şəhərində yerləşməsi və burada bayrağımızın ucaldılması üçtərəfli Bəyanata əsasən Laçın dəhlizinə alternativ marşrutun inşasının Azərbaycan tərəfindən başa çatdırılması sayəsində mümkün olub.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması postmüharibə mərhələsində Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biridir. Bu dəhlizin yaradılması ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Respublikamız müharibədən sonrakı mərhələdə yeni dəhlizin yaradılması ilə bağlı danışıqların səmərəliliyinin artırılması və praktiki müstəvidə işlərin sürətləndirilməsi istiqamətində israrlı yanaşma sərgiləyir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın əsas hədəfləri sırasında yer aldığını növbəti dəfə diqqətə çatdırıb: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.
Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanının, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportunun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək.
Beləliklə, qazanılan uğurlarla yanaşı qarşıdakı dövrdə də yeni, mühüm hədəflər var. 2023-cü il bu hədəflərə çatmaq naminə mühüm il olacaq!