Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütovlüyü təmin edilib. Qaşıda duran ən mühüm vəzifə isə işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır.Hazırda ölkəmizin prezidenti cənab İlham Əliyevin tam nəzarəti altında bu qədim Azərbaycan məkanında hərtərəfli bərpa işlərinə başlanmışdır. Həm qiymətləndirmə, həm də yenidənqurma işlərinə start verilib və proses uğurlu şəkildə həyata keçirilir.
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələ ilə bağlı qarşıya qoyulan hədəfləri cəmiyyətimizə çatdırıb. Azərbaycan güclü dövlət kimi işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı vurğulayıb ki, bizim əsas diqqətimiz azad edilmiş ərazilərə olmalıdır və sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlanılmışdır.
Ümumiyyətlə, bərpa işləri ardıcıllıqla həyata keçiriləcək. Baxmayaraq ki, işgalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu ərazilərin potensialı çox yüksəkdir. Bu torpaqların hər qarışı bizim sərvətimizdir. Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük uğur gıtirəcəyi şübhəsizdir. Azad olunmuş bütün şəhər və kəndlərin bərpası müasir tələblər nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutlur. İlk növbədə böyük yaşayış məntəqələrinin bərpa olunması nəzərdə tutulub. Bərpa olunacaq şəhərlərin və kəndlərin dəqiq say tərkibi müəyyən edilərək ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələr nəzərə alınacaqdır. İndiyədək işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq.
Hər bir bölgəmizin təbii ehtiyatları, iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikinitisinə başlanmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların profili, ixtisaslaşması nəzərdə tutulub. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı və turizm sahələri müəyyənləşdirilib. İlham Əliyev cənabları “ ... Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var”, - deyə vurğulayıb. Ayrı-ayrı istiqamətlər üzrə daimi olaraq gündəlik əsasda fikir mübadiləsi aparılır, bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Şəhərsalmanın planlaşdırılması ilə bağlı istiqamətdə də işlərə başlanıb. Bu işlərə yeni mütəxəssislər cəlb olunub.Eyni zamanda, bir sara beynəlxalq şirkətlərlə əlaqələr qurulub və danışıqlar aparılıb. Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz, mərkəzin nəzdində 16 işçi qrupu formalaşdırılıb. İşçi qrupların fəaliyyət sferası əraziləri minalardan və partlamamış
sursatlardan təmizləmə, sosial, iqtisadi, humanitar, hüquqi, şəhərsalmanın planlaşdırılması və digər məsələləri əhatə edir.
Bərpa işlərində dövlət başçımızın da dediyi kimi dost ölkələrlə əməkdaşlıq edilməlidir. Artıq bir çox iri şirkətlərlə, xüsusilə də türk şirkətləri ilə müqavilələr imzalanmışdır.Yəqin etmək olar ki, çox uzun zaman keçmədən Azərbaycan işgaldan azad etdyi torpaqların bərpasını da yekunlaşdıracaq. Dədə-baba yurdlarından didərgin salınan əhali “Böyük Qayıdış”ı həyata keçirəcək və daha həvəslə doğma torpaqlarda qurub yaradacaq və yaşayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Böyük Qayıdış” başlayır, bütün işlərə start verilib. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq--cəmi 44 gün ərzində, bizim tarixi dədə -baba torpaqlarımız olan Qarabağımızı da qısa zaman kəsiyində cənnətə çevirəcəyik.
Ramana qəsəbəsi, 90 nömrəli məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi Vəsilə Həsənova