İki il əvvəl Azərbaycan Vətən müharibəsində 30 illik münaqişəyə son qoydu və torpaqlarını Ermənistan işğalından azad etdi. Bu qələbə həm Azərbaycanın, həm də Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Qələbənin qazanılmasında başda Ali Baş Komandan olmaqla, ordumuzun və müharibə dövründə həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin böyük rolu oldu. İndi qarşıda duran vəzifələrdən biri azad olunmuş torpaqlarda aparılan quruculuq işləridir. Bu torpaqlara “Böyük Qayıdış”ın vaxtı çatıb. Azərbaycan həm bu ərazilərdə minalardan təmizlənmə, həm də genişmiqyaslı quruculuq işləri aparır. Bildiyiniz kimi Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistan işğal zamanı torpaqlarımızda 1 milyondan artıq mina basdırmışdır. Keçən 2 il ərzində 250-dən çox vətəndaşımız mina partlayışı zamanı ya həlak olub, ya da yaralanmışdır. Mütəxəsislərin hesablamalarına görə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.
Böyük Qayıdışın vaxtında və yüksək səviyyədə olması əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması, yeni hava limanlarının tikintisi, şəhərlərin baş planlarının hazırlanması və s. görülən işlərin sistemli xarakter daşıdığının göstəricisidir. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri həm regionların inkişafı, həm də qabaqcıl təcrübələrin tətbiqidir.
Artıq vətən həsrəti çəkən məcburi köçkünlərimiz doğma yurdlarına qayıdırlar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın başlanğıcıdır. Dövlətimizin regionun gələcəyi ilə bağlı hədəfləri böyükdür. Azərbaycan bu hədəflərinə nail olmaq üçün bütün imkanlarını səfərbər edərək çalışır.
Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova