44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma prosesi sürətlə davam edir. İlkin olaraq yol-nəqliyyat və enerji infrastrukturun bərpası ilə bağlı layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də göstərdi ki, işğaldan azad olunmuş ərazilərimiz ən qısa müddətdə yenidən qurulacaq.
Bu səfərin ən mühüm məqamlarından biri işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası istiqamətində ilk layihənin icrasının başlanılması oldu. İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər "ağıllı" kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq.
1-ci, 2-ci, 3-cü Ağalı kəndlərin əhatə edən birinci "ağıllı" kənd layihəsinin təməlini qoyan Prezident İlham Əliyev"Böyük qayıdış bu fün başlayır",-deyə bildirdi. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikiləcək. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulacaq.
Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Elektron idarəetmə olacaq. Turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış və inzibati binalar, kənd təsərrüfatı obyektləri alternativ enerji mənbəyi ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Ümumiyyətlə, Qarabağda "ağıllı" kənd layihəsi üzrə təhlükəsiz yaşayış mühiti yaradılaraq "ağıllı" tədris, "ağıllı" səhiyyə və "ağıllı" kənd təsərrüfatı sistemləri həyata keçiriləcək.
Prezdent cənab İlham Əliyevin vurğuladığı kimi, "Zəngilanda bu gün birinci kənd layihəsi artıq icra edilməyə başlamışdır. Ağalı kəndinin təməl daşı qoyulmuşdur. Bu,böyük qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrasturuktur işləri öz qaydasında davam edir.
İndi birinci "ağıllı" kənd layihəsi olan Ağalı kəndinin bərpasına start verilib. Ağalı kəndi, əslində, üç kənd-Birinci, İkinci, Üçüncü Ağalı kəndləri oktyabrın 28-də işğalçılardan azad edilmişdir. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilibdir. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonların birinə çevirmək üçün imkanlar verəcəkdir."
Ramana qəsəbəsi, 137 nömrəli tam orta məktəbin
tarix müəllimi İlyas Abbasov