Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işləri həyata keçirilir.Prezident İlham Əliyevin smart-city, smart-village yəni, ağıllı şəhər, ağıllı kənd konsepsiyası dünyada baş verən qlobal çağırışlara cavab verəcək. Smart-city layihələrinin həyata keçirilməsi həmin ərazidə innovativ bacarıqların inkişafına, həyatın asanlaşmasına,əməkdaşlıq bacarıqlarının inkişafına, texnikanın sürətli inkişafına səbəb olacaq və fundamental rol oynayacaq.Müasir dövrün tələblərini nəzərə alsaq belə addımın atılması qürurvericidir.21-ci əsr İKT bacarıqlarının sürətli inkişafını,məktəblərdə STEAM kimi, rəqəmsal bacarıqlar kimi dərslərin keçirildiyi və elmin, texnikanın sürətlə inkişaf etdiyi bir zamanda belə addımın atılması möhtəşəmdir.İşğaldan azad edilmiş ərazilərdə rəqəmsal infrastruktur quruculuğu aparıla,İKT potensialının artırılması üçün data mərkəzlər yerləşdirilə bilər ki, bu da həm azad olunmuş ərazilərin, həm də bütün Qarabağ regionunun inkişafı üçün yeni imkanlar açacaq..
İlk pilot layihə olaraq məhz Zəngilan rayonunun, Ağalı kəndində 200 evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb.Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.Ağalı kəndində ağıllı şəhərsalma standartları tətbiq olunub.Bütün bu fəaliyyətlər, həyata keçirilən abadlıq və quruculuq işləri olduqca əhəmiyyətlidir.Bu layihələr vətəndaşların xidmətlərdən daha keyfiyyətli şəkildə istifadə etmələrinə imkan yaradır.
“Ağıllı şəhər”və “Ağıllı kənd” texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər iqtisadi inkişaf üçün yeni rollar təqdim edir.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz günü-gündən inkişaf edir və lider dövlətlər sırasındadır.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Ruhanə Yaqubova