Prezident İlham Əliyevin ötən il fevralın 2-də təsdiq etdiyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində işğaldan azad olunmuş ərazilərin bərpası, abadlaşdırılması və məskunlaşdırılması önəmli bir prioritet kimi qarşıya qoyulub.
Dövlət başçısının noyabrın 16-da təsdiq etdiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da bir çox məsələlərə, o cümlədən, ekoloji məsələlərə xüsusi diqqət yetirilib.
Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərib ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı ağaclar kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılıb.
Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. Bütün bunlar,su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması, istifadəsi qadağan olunmuş ağ fosfor bomblarının istifadə edilməsi Ermənistanın ekoloji terror siyasətinin nəticəsidir.
İşğaldan azad olunmuş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi, ərazilərdə meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmini kimi məsələlər reallaşdırılır. Ekoloji fəlakətin qarşısını almaq məqsədilə bu ərazilərdə 2000-dək ağac əkilib, 100 kq-dan çox ağac toxumu səpilib.
Bütün bunlarla yanaşı, insan kapitalının reallaşdırılması, tarixi və mədəni abidələrin qorunması, yeni iş yerlərinin açılması, dövlət xidmətlərin əlçatanlığının təmin edilməsi, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafı və reinteqrasiyası, azad edilmiş ərazilərdə iqtisadi canlanmanın yaradılması, “Yaşıl enerji zonası” yaradılması və s. həyata keçirilən tədbirlərinin əhatə dairəsinin nə qədər geniş olmasından xəbər verir”.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova