"Bu birinci dəfə deyil ki, Ermənistan tərəfi bu cür açıqlamalar verir. Biz daha əvəllər də oxşar açıqlamalr eşitmişik: "Sülh prosesinə hazırıq, sərhədlərin delimitasiyasına hazırıq, kommunikasiyaların açılmasına hazırıq", amma hər dəfəsində onlar hadisələri əslində özlərinə sərf edən şəkildə izah edirlər".
Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Ermənistan bizim öz ərazimizi bərpa etmək cəhdlərimizi dünyaya öz ərazilərinə hücum kimi qəbul etdirməyə çalışır:
"Ermənistan tərəfi istər kommunikasiyaların açılması olsun, istər delimitasiya, demarkasiya prosesi olsun, istərsə də sülh müqaviləsi məsələsi ilə bağlı etdikləri açıqlamalarda özlərinə sərf edən şəkildə izah verməyə çalışırlar. Məsələn, sülh müqaviləsi dedikdə biz Ermənistan və Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımasını nəzərdə tuturuq. Ermənistan sülh müqaviləsi dedikdə isə Qarabağın dağlıq hissəsində özlərinə hansısa bir statusun veriləcəyini zənn edirlər və belə bir sülh müqaviləsi təqdim etməyə çalışırlar.
Burada əsas məsələ odur ki, biz Paşinyanın və onun müdafiə nazirinin açıqlamalarına yox, əməllərinə fikir verməliyik. Çünki burada əlbəttə ki, hər iki tərəf - Azərbaycan və Ermənistan hər ikisi də sərhədlərin delimitasiyasının hazır olduğunu bəyan edirlər. Burada əsas sual: Hansı xəritələr üzrə və ya hansı ərazilərin mübadilələri üzrədir?
Biz xəritədə bizə məxsus olan bütün yüksəkliklərin, bütün çayların, göllərin, əkin ərazilərinin bizə qaytarılmasını istəyirik. Ermənistan həqiqətən buna hazırdırmı, yoxsa bunu yenə də Ermənistan ərazisinə hücum kimi qəbul edib bütün ictimaiyyətə, bütün dünyaya hay-həşir salıb yenə də hücum kimi qəbul edəcəkmi? Əsas sual budur!
Onlar bizim öz ərazimizi bərpa etmək cəhdlərimizi öz ərazilərinə hücum kimi qəbul edirlər. Güya Azərbaycan Ermənistan ərazisini işğal edir kimi dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. Həqiqətəndəmi xəritələr üzrə Azərbaycana aid olan bütün ərazilərin Azərbaycana aid olduğunu qəbul edəcəklər? Əslində bununla bağlı bundan da əvvəl kifayət qədər danışılıb. Ermənistan hərbi-siyasi rəhbərliyinin nə qədər səmimi olduğu və bu açıqlamaların nə qədər üst-üstə düşdüyü önəmlidir. Çünki həm Azərbaycan, həm də Ermənistan tərəfi sülh şəraitinə riayət etməyə dəvət edir. Amma hər tərəf üçün həm sülh müqaviləsi, həm sərhəd xətti tamamilə fərqli anlayışlardır".
Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin toplantısında "Dünən, bəyanatımdan sonra, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı təkliflərlə çıxış etdi. Rusiya MN-nin təklifləri İrəvan üçün məqbuldur. Müdafiə naziri Suren Papikyana tapşırdım ki, rusiyalı həmkarı ilə danışaraq təfərrüatları aydınlaşdırsın. Demarkasiya və delimitasiyanı Rusiyanın təklifləri əsasında həyata keçirməyə cəhd göstərəcəyik" açıqlamasını edib.